Ana içeriğe geç

Gündəlik və Aylıq ID

Gündəlik ID və Aylıq ID nədir?

Nurane avatar
Yazar: Nurane
2 aydan uzun süre önce güncellendi

Gündəlik ID və aylıq ID

Sistemdə əvvəldən bəri çeklərin ID-si avtomatik olaraq ardıcıl artan bir sıra ilə təyin olunurdu. Sistem başladıqdan sonra yaradılan hər yeni çek növbəti bir ID alır və bu ardıcıllıq fasiləsiz şəkildə davam edirdi.

Yeni funksionallıqla yanaşı, əvvəlki ardıcıl ID sistemi olduğu kimi qorunur və fəaliyyətini davam etdirir. Sadəcə olaraq, əlavə olaraq gündəlik və aylıq ID anlayışları tətbiq olunub:

  • Gündəlik ID: Hər günün əvvəlində sıfırlanır və gün ərzində yaradılan çeklərə 1-dən başlayaraq ardıcıl nömrələr verilir.

  • Aylıq ID: Hər ayın əvvəlində sıfırlanır və həmin ay ərzində yaradılan çeklərə 1-dən başlayaraq ardıcıl nömrələr təyin olunur.

Gündəlik ID funksiyasını necə aktiv etmək olar?


Bu funksiyanı aktiv etmək üçün Tənzimləmələr → Çeklər bölməsində Gündəlik ID seçimini aktivləşdirmək lazımdır. Gündəlik ID aktiv edildikdə, Aylıq ID funksiyası da avtomatik olaraq aktiv olur.

İstədiyiniz ID-lərin çəkdə görünməsini təmin etmək üçün Çek Konstruktoru vasitəsilə bu funksiyanı aktiv edə və Digər Çek ID altına sürüşdürə bilərsiniz. Çekin gündəlik ID-si aşağıdakı şəkildəki kimi əks olunacaqdır.

Tətbiq edilmiş ID-lər, Satış→ Çeklər bölməsində görüntülənəcəkdir. Əgər həmin ID-lər burada görünmürsə, cədvəldən istifadə edərək, Aylıq IDGündəlik ID-ni aktivləşdirə bilərsiniz. Bu zaman sütunların sırasını dəyişdirmək də mümkündür.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?