Zal yaratmaq üçün aşağıda göstərilənləri edirik.
Arxa panelə daxil oluruq Tənzimləmələr→ Masa idarəetməsi→ Yarat düyməsinə klik edirik.
Zalın adını yazıb saxla düyməsinə klik edirik. İstəyə uyğun olaraq zallara ayrı ayrılıqda xidmət haqqı tətbiq etmək olar. Ancaq, bütün zallarda xidmət haqqınız eynidirsə, "Ayarlarda olan xidmət haqqı" seçilməlidir.
Zalın adını dəyişmək isəyiriksə, 3 nöqtəyə klik edb dəyişmək sözünü seçə bilərik
Yaradılan zalların sıralarını dəyişmək istəyirsinizsə, bu halda Zalları sırala düyməsindən istifadə edə bilərik.
Açılan pəncərədə zalların yerini dəyişib, saxla düyməsini klik edirik.
Masa yaratmaq üçün aşağıda göstərilənləri edirik.
Zalı yaratdıqdan sonra, masaları əlavə etmək və ya masalara düzəliş etmək istəyirsinizsə, Masaları düzəlt sözünə klik etmək lazımdır.
Mouse-u masanın üzərinə gətirdikdə aşağıda göstərilən funksiyalarla masaları dəyişə, silə, kopyalıya və görünüşünü dəyişə bilərsiniz. Masaları əlavə etdikdən sonra Saxla düyməsinə klik edirik.
Mausu masanın üzərinə gətirib qələm düyməsini klik etdikdən sonra, belə bir pəncərə açılır. Bu pəncərədə masanın adını dəyişə və ya məhsul seçə bilərsiniz. Məhsul seçildikdən sonra, terminal tərəfdən masanı hər açdığımız zaman, əlavə edilmiş məhsul avtomatik şəkildə masaya əlavə edilir.
Əgər zal yaratmısınız, amma terminalda görünmürsə, bunu İcazələr→Terminallar bölməsindən aktiv etməlisiniz. Hansı terminalda görünmürsə, qarşısındakı 3 nöqtəni klik edib, dəyişmək düyməsini seçirik.
Satış üsullarında yerində, zallarda isə aktiv zallar qeyd olunur. Yeni yaratdığınız zalı burada aktiv etməlisiniz.