Yeni şöbənin yaradılması:
Arxa Panelə Daxil Olun: Əsas paneldə Menyu → Şöbələr bölməsinə keçid edin.
Şöbə Yaratmaq: Açılan səhifədə, yuxarı sağ küncdə yerləşən Yarat düyməsini klikləyin.
Şöbə Məlumatlarını Daxil Edin: Yeni şöbə yaradarkən adını, çap edilə bilər funksiyasını və şöbə xatırlatmasını istəyinizə uyğun aktiv və ya qeyri aktiv edin.
Çap edilə bilər funksiyasını aktiv etdikdə artıq həmin çeki printerdən çıxara biləcəksiniz.
Şöbə xatırlatması funksiyasını aktiv etdikdə isə məhsulu printerə göndərmədən çeki bağlasanız və ya çekdən çıxmağa çalışsanız sizə bildiriş ekranı çıxır və xatırlatma edir.
Saxla: Məlumatları əlavə etdikdən sonra Saxla düyməsinə klikləyin.
Yaradılan şöbəni məshula tətbiq etmək:
Həmin şöbəni məhsula əlavə etmək üçün Menyu → Məhsullar bölməsinə daxil olub "Şöbə" təyin etmək istədiyimiz məhsulda "Dəyişmək" düyməsinə klik edirik.
Açılan səhifədə yeni yaratdığımız şöbəni təyin edirik.
Yaradılan şöbəni printerə tətbiq etmək:
Terminalda pin daxil etdikdən sonra sağ yuxarıda olan 3 xəttə klik edirik.
Açılan pəncərədə Cihazlar bölməsinə daxil oluruq.
Tətbiq edəcəyimiz printerdə ox düyməsinə klik edirik.
Və şöbəni təyin edirik.