Vəzifələrə əlavə və dəyişikliklər etmək

Clopos sistemində yeni vəzifələr yaratmaq və mövcud vəzifələrdə dəyişikliklər etmək.

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Clopos arxa panelə daxil oluruq. Daha sonra İcazələr → Vəzifələr bölməsinə keçirik.

Daxil olduğumuz səhifədə sağ yuxarı hissədə yerləşən +Yarat düyməsinə klik edirik.

Açılan səhifədə Vəzifənin adını və həmin vəzifəyə sahib olan şəxslərin nələrə icazəsi olduğunu seçirik.

  • Veb icazəsi - Arxa panelə giriş etmək üçün bu bölüm aktiv olmalıdır.

  • Terminala giriş - Terminala giriş etmək üçün bu bölüm aktiv olmalıdır.

Hər iki bölümdə icazə aktiv edildiyi halda, bölüm üzrə səlahiyyətlərin verilməsinə imkan yaranır. Lazım olunan səlahiyyətlər aktiv edildikdən sonra Saxla düyməsinə klik edirik.

Yaradılmış olan hər hansı vəzifədə dəyişiklik etmək üçün, şəkildə göstərilən üç nöqtəyə klik edirik.

Alt menyudan Dəyiş düyməsini seçirik

Burada istədiyimiz dəyişiklikləri edib Saxla düyməsinə klik edirik.

Veb icazədə əməkdaşın hansı bölmələrə nəzarət edəcəyinə, silmə və dəyişmə edə bilməsinə qərar verirsiniz.

Burada verilən icazələr tam olaraq Sahibkarın öz əməkdaşına hansı əməliyyatlar üzrə iş aparacağına qərar verməsindən asılıdır. Burada əməkdaşa tam və ya qismət (məhdutlaşdırılmış) şəkildə icazə verilə bilər.

Bütün gərəkən əməliyyatlar qeyd edildiktən sonra Saxla düyməsinə klik edirik.

Bu cevap sorunuzu yanıtladı mı?