Ana içeriğe geç
Satıcı əlavə etmək

Çekə və məhsula satıcı necə təyin edə bilərik?

Nurane avatar
Yazar: Nurane
3 aydan uzun süre önce güncellendi

Çekə satıcı əlavə etmək funksiyasının tətbiqi zamanı həmin şəxsin Satışlarına və satdığı məhsul dövriyyəsinə baxmaq mümkündür. Bunun üçün Arxa panel → Əməkdaş→ Vəzifələr→ +Yarat düyməsini klikləyirik.

Vəzifə yaradan zaman öncə vəzifə adını qeyd etməliyik. Daha sonra Satıcı buttonunu aktiv edib Saxla düyməsini klikləyirik.

Öncədən yaradılmış hər hansı bir vəzifənin qarşısındakı üç nöqtəni vurub dəyiş düyməsini klikləyərək, var olan bir vəzifəyə satıcı funksiyasını aktiv edə bilərsiniz.

Daha sonra Arxa panel → Əməkdaş →İstifadəçilər bölməsinə daxil olaraq, + Yarat vuraraq, Satıcı vəzifəsində çalışan əməkdaşın hesabını yaradırıq.

İstifadəçi adıvəzifəni qeyd etdikdən sonra Saxla düyməsini klikləyirik.

Terminalda çekə satıcı əlavə etmək üçün, ekranın aşağı hissəsində yerləşən üç nöqtəyə klikləyib "Satıcı təyin et" düyməsini seçirik.

Açılmış pəncərədə əlavə edəcəyimiz satıcının qarşısındakı tətbiq et düyməsini seçdikdən sonra, saxla düyməsini klikləyirik.

Terminalda məhsula satıcı əlavə etmək üçün, məhsulun üzərinə klik edib, "Satıcı təyin et" düyməsini seçirik. Əlavə edəcəyimiz satıcının qarşısındakı "Tətbiq et" düyməsini klik edirik.

Əməkdaşın satdığı məhsul dövriyyəsinə və həmin məhsulların satış dəyərinə baxmaq üçün, Arxa panel → Statistikalar → Hesabatlar bölməsinə daxil oluruq. Yuxarıda yerləşən filter menyusundan Əməkdaşlar bölümünə keçid edərək Məhsul sayı (Satıcı)Məbləğ (Satıcı) sütunlarından bu məlumatları əldə edə bilərik.

Bu cevap sorunuzu yanıtladı mı?