Ana içeriğe geç
Çekə kuryer əlavə etmək
Nurane avatar
Yazar: Nurane
2 aydan uzun süre önce güncellendi

Çekə kuryer əlavə etmək funksiyasının tətbiqi zamanı həmin şəxsin Satışlarına, çek sayına və satdığı məhsul dövriyyəsinə baxmaq mümkündür. Bunun üçün Arxa panel → Əmədaş→ Vəzifələr→ +Yarat düyməsini klikləyirik.

Vəzifə yaradan zaman öncə vəzifə adını qeyd etməliyik. Daha sonra Kuryer butonunu aktiv edib Saxla düyməsini klikləyirik.

Öncədən yaradılmış hər hansı bir vəzifənin qarşısındakı üç nöqtəni vurub dəyiş düyməsini klikləyərək, var olan bir vəzifəyə kuryer funksiyasını aktiv edə bilərsiniz.

Daha sonra Arxa panel → İcazələr → Əməkdaş → + Yarat vuraraq, Kuryer vəzifəsində çalışan əməkdaşın hesabını yaradırıq.

İstifadəçi adıvəzifəni qeyd etdikdən sonra Saxla düyməsini klikləyirik.

Kuryer vəzifəsi sadəcə Çatdırılma satış tipində istifadə oluna bilər. Terminalda Yeni sifariş düyməsini klikləyib Çatdırılmanı seçirik.

Kuryer ikonuna klikləyirik.

Açılmış pəncərədə əlavə edəcəyimiz kuryerin qarşısındakı tətbiq et düyməsini seçdikdən sonra, həmin kuryerin çatdırılma haqqını qeyd edirik və saxla düyməsini klikləyirik. Qeyd edilmiş məbləğ yekun məbləğin üzərinə əlavə olunur.

Əməkdaşın çatdırdığı məhsul dövriyyəsinə, kuryerin çatdırılma haqqına və çeklərin sayına baxmaq üçün Arxa panel → Statistikalar → Hesabatlar bölməsinə daxil oluruq. Yuxarıda yerləşən filter menyusundan Əməkdaşlar bölümünə keçid edərək Çatdırılma haqqı (Kuryer), Qəbz sayı (Kuryer) Məbləğ (Kuryer) sütunlarından bu məlumatları əldə edə bilərik.

Bu cevap sorunuzu yanıtladı mı?