POS sistemində endirim funksiyasını aktivləşdirmək sizə satış zamanı məhsullara endirim tətbiq etmək imkanı qazandıracaq. Bu funksionallıq ilə müxtəlif qiymət strategiyaları həyata keçirə və müştəri məmnuniyyətini artıra bilərsiniz.
Endirim icazəsinin aktivləşdirilməsi
Clopos sistemində endirimlər tətbiq edə bilmək üçün ilk olaraq əməkdaşlara endirim icazəsi verməyiniz lazımdır:
Arxa ofis idarəetmə panelinə daxil olun
"Əməkdaş" bölməsinə keçid edin
"Vəzifələr" səhifəsindən icazə vermək istədiyiniz vəzifənin sağındakı 3 nöqtədən "Dəyişmək"i klikləyin
Açılan pəncərənin ən son bölümündən "Endirim" icazəsini tapıb qarşışsındakı düyməni klikləyərək aktivləşdirin
"Saxla" düyməsi ilə dəyişiklikləri yadda saxlayın
İcazəni aktivləşdirdikdən sonra icazəsi olan əməkdaşlar terminal sistemində istədikləri çek və ya məhsula endirim tətbiq edə biləcəklər.
Çeklərə endirim tətbiq edilməsi
Əgər endirim funksiyasını aktivləşdirmisinizsə, terminal sistemindən bütün açıq çeklərə endirim tətbiq edə bilirsiniz.
POS terminaldan "Yeni sifariş" başladın və ya mövcud açıq çeklərdən birini seçin
Sifariş növünü seçib məhsulları çekə əlavə edin
Sol hissədəki çek ikonuna klikləyin
Endirimin faizini və ya miqdarını seçin
"Tətbiq et" düyməsini klikləyin
Endirimi silmək və ya miqdara dəyişiklik etmək istəsəniz, yenidən çek ikonuna klikləyərək "sil" düyməsini seçə və ya yeni miqdar daxil edib "tətbiq et" düyməsini klikləyə bilərsiniz.
Məhsula endirim tətbiq edilməsi
Bəzən çekdəki hər şeyə deyil, yalnız bir məhsula endirim tətbiq etmək lazım gəlir. Bunu etmək üçün aşağıdakı addımları izləməyiniz yetərlidir:
POS terminalda çekə daxil olun
Çekə vurulmuş məhsulun üzərinə klikləyin
Sol hissədəki çek ikonuna klikləyərək endirim bölməsinə daxil olun
Endirim faizi və ya miqdarını qeyd edin
“Tətbiq et” düyməsini klikləyin
Məhsula tətbiq edilmiş endirimi silmək üçün eyni qaydada məhsula daxil olub, endirim bölməsindən “Sil” düyməsini seçməyiniz yetərli olacaq.
Bəzi məhsullarda endirim funksiyasının qadağa edilməsi
Sistemdə olan məhsullara endirim funksiyasının tətbiq edilib-edilə bilməyəcəyini qərarlaşadıra bilərsiniz.
Bir məhsul üçün endirim funksiyasının söndürülməsi
Menyudakı bir məhsula endirim tətbiq edilə bilməsini istəmirsinizsə, bu addımları izləyin:
Arxa ofis idarəetmə panelinə daxil olun
"Menyu" hissəsindən "Məhsullar" bölməsinə keçid edin
İstədiyiniz məhsulu seçib dəyiş düyməsinə klikləyirik
Açılan pəncərədən “Endirimi qadağan et” düyməsini aktivləşdirərək endirim funksiyasını bu məhsul üçün deaktivləşdirin
Birdən çox məhsul üçün endirim funksiyasının söndürülməsi
Əgər endirim funksiyasını birdən çox məhsul üçün söndürmək istəsəniz, bunu 1-1 etməyinizə gərək yoxdur. Sadəcə olaraq bu addımları izləyin:
Arxa ofis idarəetmə panelinə daxil olun
Menyu hissəsindən “Məhsullar” bölməsinə keçid edin
“Toplu seçim” düyməsini kliklədikdən sonra məhsulları seçin
İstədiyiniz məhsulların hamısını seçdikdən sonra “Dəyiş” düyməsini klikləyin
Açılan pəncərədən ”Endirimə icazə verilsin?” sualına "Xeyr" seçsəniz, endirim funksiyasını bu məhsullar üçün deaktivləşdirmiş olacaqsınız.
Ümid edirik bu məqalə sizə endirim funksiyası ilə bağlı axtardığınız məlumatı verdi. Əgər əlavə sualınız varsa, bizimlə əlaqəyə keçə bilərsiniz: