Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəArxa panel
Depozit funksiyası: Dəyişkən ödənişli məhsullar
Depozit funksiyası: Dəyişkən ödənişli məhsullar

Clopos ilə birdəfəlik və ya taymer əsaslı ödənişlə depozit məhsulları yaratmaq mümkündür. Necə edildiyini öyrənmək üçün məqaləni oxuyun.

Nigar Aliyeva avatar
Yazar: Nigar Aliyeva
2 aydan uzun süre önce güncellendi

Clopos satış zamanı istifadəçilərə rahatlıq yaradan funksionallıqlarla zəngindir. Depozit funksiyası isə öncədən ödəniş tələb edən və ya vaxt keçdikcə ödənişi dəyişən məhsulların asanlıqla sistemə əlavə edilə bilməsi üçün yaradılıb.

Depozit məhsulu yaratmaq

Depozit məhsulu yaratmaq üçün aşağıdakı addımları izləməyiniz lazımdır:

  1. Arxa ofis idarəetmə panelinə daxil olun

  2. Panelin sol hissəsindən “Menyu”nu seçin

  3. Məhsullar” bölməsinə keçid edin

  4. Yarat” düyməsini klikləyin

  5. Taymer” sözünü seçin

Bu addımları izlədikdən sonra açılan pəncərədə birdəfəlik və ya taymer əsaslı ödənişli depozit məhsulu yarada biləcəksiniz.


Taymer əsaslı depozitlər

Taymer məhsulları bizneslərə zaman əsaslı qiymətləndirmə sistemi yaratmağa kömək edən məhsullar olaraq bilinir. Onlar sayəsində müxtəlif xidmət və ya məhsullardan istifadə müddətinə əsasən qiymətləndirmə apararaq, hesablamanı rahatlaşdırmaq olar. Bu funksiya xüsusən “PlayStation” klublar, kabinet təklif edən restoranlar və oxşar bizneslər üçün faydalıdır deyə bilərik.

Taymer məhsulları sayəsində bu tip bizneslər məhsuldan istifadəyə görə ədalətli qiymətləndirmə sistemi yarada bilir. Həmçinin, vaxt keçdikcə dəyişən qiymətləndirmə sayəsində (məsələn, 1 saatdan sonra daha ucuz) müştərilər də məhsuldan daha çox istifadə etməyə cəlb olunur. Qısası, taymer məhsulları həm bizneslər, həm də müştərilər üçün faydalıdır.


Məhsul tənzimləmələri

Depozit məhsullarını da eynilə digər məhsullar kimi fərqləndirmək üçün tənzimləmələr əlavə etməyiniz lazımdır. Tənzimləmələr bölməsində qarşılaşacağınız hissələr:

  • Ad: Sistemdə məhsulu fərqləndirmək üçün seçilən adlandırma

  • Kateqoriya: Məhsulun aid olacağı kateqoriya

  • Mühasibatlıq kateqoriyası: Məhsul hesabatlarının göndəriləcəyi mühasibatlıq kateoqriyası

  • Şəkil: Məhsulun vizual tanıtımı üçün menyuda görünəcək şəkil

Ödəniş tənzimləmələri

Xüsusən taymer əsaslı depozit məhsullarının qiymətləri dəyişkən olur. Buna görə də məhsul yaradarkən aşağıdakı tənzimləmələrə xüsusən diqqət yetirməyinizi məsləhət görürük:

  • Vergilər: Məhsula tətbiq olunacaq vergi tipləridir. Seçilən vergi tiplərinə uyğun olaraq yekun qiymətə faiz ödnişləri əlavə edir.

  • Xidmət haqqı: Depozit ödənişinə xidmət haqqı əlavə etmək üçün "Daxildir" düyməsini seçin. Əgər "Daxil olmasın" düyməsi seçilərsə, məhsula xidmət haqqı hesablanmayacaq.

  • Sifarişlər: Depozit üçün edilən ödəniş daxilində əlavə sifarişlər edilə bilərsə, "Daxildir" düyməsini seçin. Əgər "Daxil olmasın" düyməsi seçilərsə, müştərilər sifariş etdiyi hər məhsul üçün ayrılıqda ödəniş etməli olacaq və məhsulların qiyməti depozit ödənişindən çıxılmayacaq.

  • Qiymət: Depozit məhsuluna görə edilən ödənişin hansı intervalla artacağını təyin edin. Əgər hansısa intervaldan sonra ödənişin dəyişməsini isstəyirsinizsə, "Fərqli intervallar" düyməsini seçərək açılan pəncərədə yeni qiymətləndirmə əlavə edə bilərsiniz.

Qiymətləndirmə nümunəsi

Deyək ki, PlayStation klub işlədirsiniz və otaqda keçirilən hər 15 dəqiqə üçün qiymət 5 manatdır. Bunun üçün Qiymət bölməsindən dəqiqə qutusuna 15, qiymət qutusuna 5 yazmağınız kifayətdir.

Əgər qiymətin müəyyən intervaldan sonra dəyişməsini istəsəniz, fərqli interval düyməsini seçirsiniz. Bu zaman, deyək ki, 1 saatdan sonra otağın qiymətinin aşağı düşməsini və hər 15 dəqiqəyə görə 3 manat hesablanmasını istəyirsiniz. Bunun üçün düyməni seçdikdə aşağıda "-dan sonra" qutusuna "60" dəqiqə, qiymət qutusuna isə "3" yazmalısınız.

Ola bilər ki, qiymətin 3 saatdan sonra yenidən artıb 4 manat olmağını istəyirsiniz. Bunun üçün "interval əlavə et" düyməsini seçib, "-dan sonra" qutusuna "180" dəqiqə, qiymət hissəsinə isə "4" yazmalı olacaqsınız.

Bildiriş düyməsini aktiv etdiyiniz zaman terminalda məhsula tərtib edilmiş vaxt bitdikdə səsli bildiriş gəlir.

💡 Qeyd edək ki, intervalları istədiyiniz qədər çoxalda bilərsiniz.

Biznes ehtiyaclarınıza cavab verən qiymətləndirmə sistemi yaratmaq üçün siz də depozit məhsullarından istifadə edə bilərsiniz. Ümid edirik, bu məqalə sizə tənzimləmələr barədə yetəri qədər məlumat verdi.


Əlavə əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?