Tüm Koleksiyonlar
Azərbaycan dilində
Arxa panel
Çek Konstruktor: Çek Quruluşunu Dəyişmək
Çek Konstruktor: Çek Quruluşunu Dəyişmək

Çap olunacaq çeklərdə hansı məlumatların və necə görünməsinə özünüz qərar vermək istəyirsiniz? Elə isə məqaləni oxuyun.

Nigar Aliyeva avatar
Yazar: Nigar Aliyeva
Bir haftadan uzun bir süre önce güncellendi

Clopos olaraq sizə istifadə etdiyiniz məhsulları maksimum fərdiləşdirmə imkanı vermək üçün çalışırıq. Çek Konstruktor funksiyası isə çap olunacaq çekləri istəyinizə uyğun şəkildə dizayn etməyiniz üçün düşünülüb.


Çek quruluşunu dəyişmək

Çek konstruktoru bölməsinə keçmək üçün aşağıdakı addımları izləməyiniz kifayətdir:

  1. Arxa ofis idarəetmə panelindən "Tənzimləmələr"ə keçin

  2. "Çeklər" bölməsini seçin

  3. "Konstruktor"a klikləyin

Açılan səhifədə hazırkı çek dizaynınızı görəcək və istədiyiniz kimi dəyişə biləcəksiniz.


Məlumatları çekdə göstərmək və ya gizlətmək

Çek konstruktoruna daxil olduğunuz an çap olunacaq çeklərinizə daxil etmək və ya çıxarmaq istədiyiniz məlumatların siyahısı ilə qarşılaşacaqsınız. Etdiyiniz dəyişikliklər elə həmin an ekranınızın sağ tərəfindəki çekdə əks olunacaq.

Çek dizaynını dəyişmə prosesi bir nümunə ilə izah edək. Əvvəlcə bütün düymələri söndürərək ekranın sağ tərəfində boş çek əldə edirik. Bundan sonra yavaş-yavaş məlumatları çekə əlavə etməyə başlayırıq. Əlavə edə biləcəyiniz məlumatlar aşağıda qruplaşdırılıb.


Brend məlumatları

Çekləri brendinizə uyğunlaşdırmaq və hansı filialınıza uyğun olduğunu asanlıqla ayıra bilmək üçün onlara brendinizə özəl məlumatlar əlavə edə bilərsiniz:

  1. Brend loqosu*

  2. Brend adı

  3. Ünvan

  4. Şəhər

Qeyd edək ki, yalnız loqo və adın ardıcıllığını dəyişmək mümkün deyil. Çekdə çap ediləcək digər bütün məlumatlarda sıralamanı istədiyiniz kimi dəyişə bilərsiniz.

*Brend loqosunu çekdə göstərə bilmək üçün ilk olaraq loqonu sistemə yükləmiş olmağınız lazımdır. Bunun üçün Arxa ofis idarəetmə panelində sağ hissədəki “Tənzimləmələr” bölməsindən “Ümumi”yə keçib, “Brend tənzimləmələri” səhifəsindən loqonun şəklini yükləməyiniz kifayətdir.


Çek məlumatları

Çap olunmuş çekdə çek məlumatlarının olması sizə geri qaytarma və ya maliyyə axınının izlənilməsi kimi prosesləri şəffaflaşdırmağa kömək edə bilər. Çekə əlavə edə biləcəyiniz məlumatlar bunlardır:

  1. Çek nömrəsi – Hər çekə özəl identifikasiya nömrəsi

  2. Çek sahibi – Çeki açan əməkdaşın adı

  3. Açılma vaxtı – Satışın başladığı vaxt

  4. Bağlanma vaxtı – Satışın bitdiyi vaxt


Məhsul məlumatları

Çekdə məhsulların sadəcə adını deyil, əlavə məlumatlarını da artırmağınız tövsiyə olunur. Beləliklə, həm siz, həm də müştərilər hər məhsulun ayrılıqda qiyməti və ya özəlliklərini görə biləcək:

  1. Çekdəki məhsul – Sifariş edilmiş məhsulların ayrılıqda adı, miqdarı və qiyməti*.

    Qiymət – Məhsulun 1 ədədi üçün nəzərdə tutulmuş məbləğ

    Cəm – Məhsulun sayına əsasən hesablanan ümumi məbləğ

  2. Vergi – Hər məhsula tətbiq olunmuş vergi məbləği

  3. Barkod – Hər məhsulun barkodu

  4. Endirim – Hər məhsula ayrı-ayrı edilmiş endirim miqdarı

  5. Modifikatorlar – Məhsullara əlavə olunmuş modifikator(lar)

*Məhsulun qiymətini çekdə göstərərkən 4 fərqli seçiminiz var:

  1. Qiymət - Məhsulun vergi məbləği ilə birlikdə qiyməti

  2. Vergisiz qiymət - Məhsulun vergi məbləği üstünə gəlinməmiş qiyməti

  3. Endirimli qiymət - Məhsulun vergili qiymətindən endirim məbləğinin çıxıldığı qiymət

  4. Endirimli və vergisiz qiymət - Məhsulun vergisiz qiymətindən endirim məbləğinin çıxıldığı qiymət

Nəzərinizdə olsun ki, vergi və endirim məbləğini hər məhsul üçün ayrı-ayrı qeyd etməkdən əlavə, ümumi çek məbləğinə əsasən də qeyd edə bilərsiniz.


Satış və ödəmə məlumatları

Satışın necə reallaşdığı, yekun ödəniş məbləğinə təsir edən faktorlar və s. kimi məlumatları çeklərə əlavə edərək onları daha anlaşılan və detallı etmək mümkündür. Bunun üçün artıra biləcəyiniz məlumatlar:

  1. Satış üsulu və Masa - Satışın necə və harada reallaşdığı

  2. Qonaq sayı - Satış reallaşan masada olan qonaq sayı

  3. Kassir - Satışı sistemə kimin daxil etdiyi

  4. Kuryer - Çatdırılma əsaslı satışlarda kuryerin kim olduğu

  5. Cəm - Çekdəki məhsulların ümumi məbləği. Bu məbləği göstərə bilərsiniz:

    3.1. vergisiz

    3.2. vergili

    3.3. ikram qiyməti ilə birlikdə

  6. Vergi - Çekdəki bütün məhsullara əlavə olunan ümumi vergi məbləği

  7. Vergi məlumatları - Məhsullara hansı vergilərin əlavə olunduğunun detalları

  8. Xidmət haqqı - Cəmə əsasən hesablanan xidmət haqqı məbləği

  9. Çatdırılma - Sifarişin çatdırılma haqqı

  10. Endirim - Məhsul(lar)a və ya çekə tətbiq edilmiş ümumi endirim məbləği

  11. İkram - Hədiyyə olaraq verilmiş məhsulların ümumi məbləği

  12. Yekun - Bütün hesablamalardan sonra müştərinin ödəməli olduğu məbləğ

  13. Ödəniş üsulu - Ödənişin hansı üsulla (kart, nağd və s.) edildiyi barədə məlumat


Müştəri məlumatları

Çeklərdə müştəri məlumatlarını çap edərək onlarla fərdiləşdirilmiş xidmət təklif etmiş olacaqsınız. Beləliklə, müştərilərlə dəyərli olduqlarını hiss etdirərək şəxsi əlaqənizi və bağlılığı artıra bilərsiniz. Əgər siz də daimi müştərilərinizə fərdiləşdirilmiş xidmət təklif etmək istəyirsinizsə, çeklərdə müştəri məlumatlarını qeyd etməyi seçə bilərsiniz:

  1. Ad - Sifariş verən müştərinin adı

  2. Balans - Müştərinin balansı (və loyallıq balansı)

  3. Mobil nömrə - Müştərinin əlaqə nömrəsi

  4. Ünvan - Müştərinin dəqiq ünvanı

  5. Açıqlama - Çekə əlavə edilmiş qeyd


Son düzəlişlər

Çekdə görünməsini istədiyiniz məlumatları seçdikdən sonra, hansı ardıcıllıqla və necə görünəcəklərinə qərar verə, analşıqlılığı artırmaq üçün bəzi elementlər (xətt, mətn və ya boşluq) əlavə edə bilərsiniz.

Sıralamanı dəyişmək

Çap olunacaq çek məlumatlarını istədiyiniz kimi qruplaşdırmaq olar. Bunun üçün bəndlərin sol hissəsində yerləşən 6 nöqtədən ibarət ikonun üstünə gəlməlisiniz. Daha sonra mausda sağ kliki basılı saxlayaraq bəndi istədiyiniz yerə sürüşdürə bilərsiniz.

Xətt əlavə etmək

Məlumatları qruplaşdırmaq üçün aralarına əlavə xətt artırmaq istəsəniz, "Əlavə et" düyməsindən "Xətt" sözünü seçə bilərsiniz. Bu zaman ən aşağıda boşluq bəndi yaranacaq. Həmin bəndin sol hissəsindəki 6 nöqtə vasitəsilə bu xətti istədiyiniz yerə sürüşdürə bilərsiniz.

Boşluq buraxmaq

Məlumatların daha səliqəli görünməsi üçün çekə boşluqlar əlavə etmək yaxşı seçimdir. Bunun üçün "Əlavə et" düyməsindən "Boşluq" sözünü seçməyiniz yetərlidir. Bu zaman aşağıda boşluq bəndinin yarandığını görəcəksiniz. Sol hissəsindəki 6 nöqtəyə gələrək bu boşluğu istədiyiniz yerə sürüşdürə bilərsiniz.

Mətn artırmaq

Çeklərə istədiyiniz qədər əlavə çeklər artırmaq mümkündür. Bu imkandan müştərilərinizə şəxsi mesaj vermək, hansısa kampaniya barədə məlumatlandırmaq və s. üçün istifadə edə bilərsiniz. Mətn əlavə etmək üçün "Əlavə et" düyməsindən "Mətn" sözünü seçməyiniz yetərlidir. Bu zaman aşağıda boşluq bəndinin yarandığını görəcəksiniz. Sol hissəsindəki 6 nöqtəyə gələrək bu mətni istədiyiniz yerə sürüşdürə bilərsiniz.


Dəyişiklikləri sıfırlamaq və ya yadda saxlamaq

Bu qədər! Artıq çekləri istədiyiniz kimi dizayn etmiş oldunuz. Dəyişikliklər xoşunuza gəlməsə, "Sıfırla" düyməsini seçərək standart çek quruluşuna qayıda və ya "Saxla" düyməsini seçərək yaddaşa verə bilərsiniz.


Əlavə əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?