Qr menyudan məhsulun sifariş edilməsi
QR kodu masaya uyğun scan etdikdən sonra, sifariş etmək istədiyiniz məhsulları səbətə əlavə edirsiniz. Səbətə daxil olub sifarişi təsdiqlədikdən sonra, əlavə qeyd daxil edə bilərsiniz. Bu qeyd, şöbəyə göndərilən çekdə əks olunur.
Bu zaman məkanın satış terminalı ekranında bununla bağlı bildiriş gələcək. Terminaldan siz bu sifarişi qəbul edə və ya qəbul etməyərək ( İqnor et ) sifarişi ləğv edə bilərsiniz.
Ofisantı çağır
Əgər qarson çağırmaq istəyirsinizsə, Ofisantı çağır düyməsini klikləyərək, təsdiq etməyiniz kifayətdir. Bu zaman Terminal ekranına bununla bağlı bildiriş gəlir.
Hesabı istə
Hesabı istədikdə isə Çek bölməsinə daxil olaraq, Kart və ya Nağd ödəniş növünü seçərək təsdiq edirsiniz.
Bəxşiş
Əgər ofisanta bəxşiş vermək istəyirsinizsə, “Bəxşiş” düyməsinə klikləyin. Bu zaman bəxşiş verilə bilən bütün ofisiantların adları ekranda əks olunacaq. İstədiyiniz ofisiantı seçərək, uyğun məbləği qeyd edib ödənişi həyata keçirə bilərsiniz. Qeyd edək ki, burada görünən əməkdaşların hər biri “Əməkdaş →İstifadəçilər” bölməsində aktiv olunmalıdır.
Dəyərləndirmə
QR Menyuda yerləşən Dəyərləndirmə bölməsi vasitəsilə müştəriləriniz sizə rəy bildirə bilərlər. Bildirilən fikirləri isə arxa paneldə Marketing → Dəyərləndirmə bölməsinə daxil olaraq oxuya bilərsiniz.
QR Menyunun idarə olunması və aşağıdakı mövzularla bağlı əlavə məlumat əldə etmək üçün bu məqalələri oxumağınızı məsləhət görürük:
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: