Ana içeriğe geç

Clopos PAY

Payriff ödəniş sistemi

Anar_Rəsulov avatar
Yazar: Anar_Rəsulov
Bir aydan uzun süre önce güncellendi

Payriff hesabının açılması:

Clopos Pay ödəmə üsulundan istifadə etmək üçün ilk öncə siz sahibkar və ya hüquqi şəxs olaraq Payriff ödəniş sistemində qeydiyyatdan keçməlisiniz.

Daha sonra Payriff admin panelində Aplications bölməsindən Mercant xanasında sizə aid olan İD-ni götürərək Clopos arxa paneldə məlumatları daxil etməlisiniz.

Modulun aktiv edilməsi:

Clopos Pay vasitəsi ilə ödəniş etmək üçün qeyd edilən modul aktiv edilməlidir. Modulu aktiv etmək üçün Arxa panel → Tətbiqlər → Hamısı bölməsinə daxil olub, Clopos Pay modulunu seçərək qoşulun. Bu modul üçün aylıq ödəniş tələb olunmur. Modul qoşulduqdan sonra Tətbiqlər bölməsinə əlavə ediləcək.

Modulun istifadəyə verilməsi:

Modula qoşulduqdan sonra Tətbiqlər → Clopos Pay moduluna daxil olun. Statusu aktivləşdirin.

  • Status- Clopos Pay modulunu istəyə uyğun olaraq aktivləşdirmək və ya deaktivləşdirmək mümkündür.

  • Çek ödənişi - Alıcının çəkin yekun məbləğini Clopos Pay vasitəsilə birbaşa ödəməsi imkanı mövcuddur.

  • Bəxşiş ödənişi - Clopos Pay vasitəsilə, çəkin yekun məbləğindən əlavə əməkdaşa bəxşiş verilməsi mümkündür.

  • Merchand ID - Payriff-dən əldə edilən Mercant ID-ni yazırıq.

  • Ödəmə üsulu - Clopos Pay ilə ödəniş qəbul etmək üçün uyğun ödəmə üsulunu seçirik. Ödəmə üsulu yaradan zaman diqqət edilməlidir ki ödəmə üsulu bölünə bilən olmasın. Bu məqsədlə, "Clopos Pay" adı ilə ayrıca bir ödəniş üsulu yaradıb əlavə etmək, həm hesabatların izlənməsini, həm də ödənişlərin idarə olunmasını daha asan edir.

Clopos Pay ödəmə üsulu tam olaraq yaradıldıqdan və aktiv edildikdən sonra kassa satış terminalını yeniləyərək həmin ödəmə üsulundan istifadə etmək mümkündür.

İstifadə etmənin qaydaları:

Clopos Pay tətbiqi aktiv edildikdən və müvafiq sazlamalar tamamlandıqdan sonra, müştərilərinizə təqdim edilən ön çekin aşağı hissəsində Clopos Pay ilə ödəniş üçün QR kod avtomatik olaraq əks olunur.

Müştəri təqdim olunan QR kodu telefon vasitəsilə oxutduqda, müvafiq ödəniş səhifəsi açılır. Açılan səhifədə ilk olaraq Pay düyməsini sıxaraq ödəniş prosesinə başlayırsınız. Daha sonra Clopos Pay səhifəsində siz həm yekun məbləği, həm də bəxşiş məbləğini seçərək ödəniş edə bilərsiniz.

Əgər yekun məbləğ və bəxşişi eyni anda ödəmək istəmirsinizsə, onları ayrıca şəkildə də ödəmək mümkündür. Cəm Bəxşiş məbləği düymələrinin üzərinə klik edərək bu seçimləri aktiv və ya deaktiv edə bilərsiniz.

Standart bəxşiş faizləri mövcuddur. Lakin istəyə uyğun olaraq, fərdi məbləğ təyin etmək də mümkündür. Bunun üçün sadəcə “Başqa məbləğ təyin et” düyməsinə klikləyin və açılan sahəyə istədiyiniz bəxşiş məbləğini daxil edin.

Əməkdaşın hesabına bəxşişin daxil olması üçün o, öz mobil nömrəsi ilə https://mpay.az/ saytında qeydiyyatdan keçməlidir. Qeydiyyat tamamlandıqdan sonra verilmiş bütün bəxşiş məbləğləri birbaşa əməkdaşın MPAY hesabına yönləndiriləcək.

Əgər əməkdaş MPAY platformasında qeydiyyatdan keçməyibsə və ya əməkdaşın profilinə mobil nömrə əlavə edilməyibsə, verilmiş bəxşiş məbləği avtomatik olaraq Payriff hesabına yönləndirilir.

"Kart ilə ödəyin" düyməsini kliklədikdən sonra, kart məlumatlarınızı daxil edərək və ya birbaşa telefon vasitəsilə (məsələn, Apple Pay) ödəniş edə bilərsiniz. Ödəniş uğurlu alındığı halda kassa satış terminalında həmin çek Clopos Pay ilə ödəniş növü üzrə bağlanır.

Əgər Clopos Pay sistemində əməkdaşınıza müştərilərin bəxşiş verəcəyi zaman görməsi üçün xüsusi bir qeyd (not) əlavə etmək istəyirsinizsə, bunun üçün Əməkdaş → İstifadəçilər bölməsinə daxil olun. Daha sonra əməkdaşın adının qarşısındakı üç nöqtə işarəsinə klikləyin və Dəyişmək seçimini vurun. Açılan pəncərədə "Bəxşiş verilə bilər" seçimini aktivləşdirin və "Bəxşiş mesajı" sahəsinə istədiyiniz mətni daxil edin.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?