Tədarükçüyə olan borcu ödəmək üçün ilk öncə İnventar bölməsinə daha sonra isə Tədarükçlər bölməsinə daxil oluruq. Sağ yuxarı hissədə görünən Ödəniş edin düyməsinə klikləyirik.
Bu əməliyyatları yerinə yetirdikdən sonra aşağıdakı pəncərə ilə qarşılaşacağıq. Bu pəncərədə tədarükçüyə ödəyəcəyimiz məbləği, ödəniləcək məbləğin hansı balansdan xaric olunmasını, hansı tədarükçüyə ödəmə edəcəyimizi və əməliyyatın kateqoriyasını qeyd etməliyik. Əməliyyat vaxtı bölümünə isə ödəniş edilən tarixi qeyd edirik. Açıqlama xanasına istəyə uyğun qeydlərimi yaza və ya boş saxlaya bilərik. Yuxarda sadalanan məlumatları daxil etdikdən sonra həyata keçirdiyimiz əməliyyatların sistemdə saxlanılması üçün saxla düyməsinə klikləyirik.
və ya etdiyimiz tədarükə görə ödəniş etmək istəyiriksə, bu halda tədarükün üzərində 3 nöqtəyə klikləyib, "ödəniş edin" vuraraq ödəniş edə bilərik.
Qeyd: bu üsul ilə ödəniş etdikdə, qaimə üzrə olan borc tam şəkildə bağlanır.
Tədarükçülərin depozitləri qırmızı rəng, tədarükçüyə olan borc isə yaşıl rəng ilə qeyd olunmuş məbləğlərdir.
Bir tədarükçüyə olan borcu, ödənişi və tədarükləri ətraflı görmək üçün, tədarükçünün adının üzərinə klikləyirik. Bu zaman səhifə Maliyyə → Əməliyyatlar → Tədarükçü əməliyyatlar bölməsinə yönləndirilir.