Ana içeriğe geç
Tədarükün geri qaytarılması

Qeyd olunmuş tədarükləri firmaya necə geri qaytara bilərik?

Nurane avatar
Yazar: Nurane
Bir yıldan uzun süre önce güncellendi

Tədarük etdikdən sonra, geri qaytarmaq istədiyiniz məhsul varsa, tədarükün qarşısındakı 3 (...) nöqtədən Məhsulun geri qaytarılması bölməsinə daxil olmaq lazımdır.

Tədarükü qaytararkən, qaytarılan məbləğin hansı maliyyə hesabına gələcəyini və hansı məhsulları qaytardığımızı qeyd edirik.

Aşağıdakı şəkildə yaşıl rəng ilə işarələnmiş hissədə həmin məhsuldan seçilən anbarda nə qədər qaldığını göstərir. Qırmızı rəng ilə işarələnmiş Miqdar xanasında həmin məhsuldan neçə vahid qaytaracağımızı qeyd edirik. Dəyər xanasında həmin məhsulu hansı qiymətlə geri qaytardığımızı qeyd etdikdə sonuncu xanada cəm dəyəri göstərir. Dəyər xanasında məhsulun son alış qiyməti avtomatik olaraq düşür. Lakin bu qiyməti dəyişmək mümkündür. Qeydləri etdikdən sonra saxla düyməsinə vururuq.

Qaytarılan tədarüklərə İnventar > Tədarükün geri qaytarılması bölməsindən baxa bilərik. Yaşıl rəng ilə işarələnmiş sütunda yeni yaratdığımız geri qaytarılma qaiməsinin İD kodu, mavi rəng ilə işarələnmiş sütunda isə həmin geriqaytarılmanı etdiyimiz Tədarükün İD kodu görünür. Bu kodlara daxil olaraq, tədarükə və geri qaytarılmaya ətraflı baxa bilərsiniz.

Yarat düyməsi ilə tədarük sənədindən asılı olmadan məhsulu fərdi qaydada tədarükçüyə geri qaytara bilərsiniz. Açılan səhifədə bizdən tələb olunan məlumatları daxil edərək yeni geri qaytarılmanı yarada bilərik.

  1. Geri qaytaracağımız Tədarükçünü seçirik (Məhsulların kimə geri göndərdiyimizi göstəririk)

  2. Status (Geri qaytarılan tədarükümüzün statusunu təyin edirik)

  3. Anbar seçimi (Tədarükümüzün hansı anbardan xaric olunacağını seçirik)

  4. Kateqoriya (Avtomatik olaraq Tədarüklər seçilir)

  5. Əməliyyat vaxtını qeyd edirik

  6. Balans seçirik (Tədarükün qaytarılması zamanı ödənişin hara geri qayıdacağını göstəririk. Nisyə alışlarda Ödənilməmişdir seçilməlidir)

  7. Qaimə nömrəsi (Əgər alış qaiməsinin nömrəsi varsa bu hissəyə yaza bilərsiz)

  8. Açıqlama (Hər hansı əlavə şərhlər varsa əlavə edirik)

    Yuxarıda sadalanan bütün ayarları qeyd etdikdən sonra, geri qaytaracağımız məhsulları siyahıdan əlavə edib aldığımız miqdarı və dəyərini qeyd edirik.

    Toplu seçim funksiyasından istifadə edərək qaytaracağımız məhsulları toplu halda da seçə bilərik.

Bu cevap sorunuzu yanıtladı mı?