Sizin bir neçə anbarınız varsa, bir anbardan digər anbara məhsul transfer etmək istəyirsinizsə, İnventar-Köçürmələr bölməsindən istifadə edə bilərsiniz. Məhsulu köçürmək üçün, +Yarat düyməsini klikləyirik.
Bu bölmədə hansı anbardan hansı anbara məhsul köçürəcəyimizi qeyd edirik. İstəkdən asılı olaraq cari tarixi dəyişə və səbəb qeyd edə bilərik.
Qeyd: İnventarlaşdırma aparılmış məhsullarda, inventarlaşdırma tarixindən əvvəlki tarix üçün köçürülmə əməliyyatı edilə bilməz!
Burada məhsulları tək-tək və ya toplu şəkildə seçməklə köçürülməsini təşkil edə bilərsiniz. Toplu yerdəyişmə zamanı Toplu seçim butonuna basaraq açılmış pəncərədə məhsulları seçib saxla düyməsinə klik edirik. Daha sonra seçilmiş məhsulların vahid və miqdarlarını daxil edib saxla düyməsini vururuq.
Qeyd edək ki, məhsul seçimi üçün açılan pəncərədə bütün məhsullar görünür.
Köçürmə proseslərini həyata keçirdikdən sonra, qarşıdakı 3 nöqtədən həmin köçürməni dəyişə, silə, excel fayl kimi yükləyə bilərsiniz.
Əgər köçürməni silmisinizsə, Silinmişləri göstər sözünü işarələyərək, silinmişlərə də baxa bilərsiniz. Silinmiş köçürmələr qırmızı zolaq içərisində olanlardır. Ətraflı baxmaq üçün, mavi rəng olan İD kod üzərində klikləyərək baxa bilərsiniz.