Ana içeriğe geç

Tullantı (İsraf)

Anbardan məhsulları tullantı kimi necə silə bilərik?

Bir haftadan uzun bir süre önce güncellendi

Tullantı Bölməsi:


Tullantı əməliyyatı, anbarda artıq və ya istifadə edilməyən məhsulların sistemə qeyd edilməsi və müvafiq olaraq çıxarılması prosesidir. Tullantı vermək, məhsulun keyfiyyətsiz və ya zərərli olduğunda, artıq stokda yer tutduğu zaman və ya istehsal prosesində istifadə edilmədikdə həyata keçirilir.

Tullantı əməliyyatı aşağıdakı hallarda vacibdir:

  • Məhsulun keyfiyyətsizliyi – Müəyyən bir məhsulun istifadəyə yararsız hala gəlməsi.

  • İstifadə edilməyən və ya artıq məhsul – Anbarda olan, amma artıq ehtiyac duyulmayan məhsulların çıxarılması.

Tullantı vermək üçün, əvvəlcə tullantı səbəbi yaratmalıyıq. Bunun üçün Səbəblər bölməsinə daxil oluruq. Bu bölmədə, tullantının yaranma səbəbini qeyd edirik. Bu səbəblər, tullantı əməliyyatı zamanı istifadə ediləcək və sistemə daxil ediləcəkdir.Səbəb yaradıldıqdan sonra, tullantı əməliyyatını həyata keçirə bilərik.

Səbəb qeyd edəndən sonra, bu bölmədə Yarat düyməsini klikləyirik.

Məhsulların silinməsini istədiyimiz anbarı və səbəbini qeyd edirik. İstəkdən asılı olaraq, cari tarixi dəyişə bilərik. Sonra, silinəcək məhsulu əlavə edib, miqdarını qeyd edirik. Saxla düyməsini klikləyərək prosesi sonlandırırıq.

💡İnventarlaşdırma aparılmış məhsullarda, inventarlaşdırma tarixindən əvvəlki tarix üçün tullantı əməliyyatı edilə bilməz!

Tullantı Əməliyyatları Üzərində Dəyişiklik:


Tullantı əməliyyatlarında hər hansı dəyişiklik etmək istəyirsinizsə, Dəyiş düyməsini seçirik. Əməliyyatı silmək üçün Sil seçimini, Excel faylı kimi yükləmək üçün isə Eksport variantını seçirik.

Silinmiş tullantı əməliyyatlarını görmək üçün "Silinmişləri göstər" düyməsini yandıraraq silinmişlərə baxa bilərsiniz.

Tullantı Ətraflı bölməsindən tullantıları əməliyyat üzrə yox, məhsul üzrə görə bilərsiniz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?