İnventarlaşdırma - Anbarlar üzrə məhsulların sayımın aparılması və nizamlanmasıdır.
Bunun üçün İnventar → İnventarlaşdırma bölməsinə gəlirik. Burada əvvəlcədən etdiyiniz sayımlara nəzarət edə bilərsiz. Sağ yuxarıda yerləşən +Yarat düyməsinə klikləyərək yeni sayım sənədi yaradırıq.
İlk öncə hansı anbarda yoxlama aparmaq istəyirsinizsə Anbar hissəsindən o anbarı seçirik.
İkinci mərhələdə inventarlaşma üçün tarix seçirik.Seçdiyimiz tarixə olan anbar qalıqlarını göstərir. (məsələn: iki gün əvvəlki sayıma görə inventarlaşma edə bilərsiniz)
qeyd: Əməliyyat vaxtını seçdiyiniz tarixdə saylar dondurulur
Sayımı aparmaq üçün iki növ addımmız var. Birinci addım verilən sayımda Yeməklərin (Tex.kartaların) və ya Yarımfabrikatların tərkibindəki inqredientlərin sayımını aparmaq üçün istifadə olunur.
İkinci addım isə anbarda olan mal, məhsullar, yeməkləri və hazırlanmalarını saymaq üçün istifadə olunur. Əgər siz anbarda məhsulların sayımını aparmaq istəyirsinizsə bu addımdan istifadə etməlisiniz.
Sayım edərkən məhsulları əlavə etmək üçün aşağıda yerləşən Əlavə et sözünə klikləyirik.
İndi isə gəlin iki addım üzrə sayımın aparılması mexanizmi ilə tanış olaq.
Addım 1
Anbarı seçdikdən sonra Yoxlamaq üçün periodu seçib Əlavə et sözünə vururuq.
Açılan pəncərədə sayım edilməsi üçün yeməkləri və yarımfabrikatları seçirik.
Axtarış yerindən istifadə edərək məhsulunun adını yazıb axtara bilərik. Lazım olan məhsulları seçdikdən sonra Tətbiq et sözünə vururuq.
Cədvəl kimi açılan paneldə yeməklərin bizdə olan sayını faktiki anbar qalığı yazılan bölməyə qeyd edib irəli sözünə klikləyirik
İrəli sözünə vurduqdan sonra yeməklərin tərkibindəki inqredientlərdən ibarət cədvəl açılır.
Gözlənilən qalıq hissəsində inqredientlərin hal hazırda sistemdə olan sayını göstərir.
Hazırlanmadan gələn sütununda birinci addımda yazdığımız yeməklərin sayı qədər inqredient yazılır. Faktiki anbar qalığına isə, əlavə əlinizdə o məhsuldan nə qədər var onu qeyd edirsiniz.
Bütün məlumatları daxil etdikdən sonra saxla düyməsinə vuraraq qaralama kimi saxlaya bilərik və yaxud inventarlaşdırma yoxlamasını aparın vurub yoxlamanı təsdiqləyə bilərsiniz.
Addım 2
Birinci addımda edilən kimi sayım anbarını və periodu seçdikdən sonra Addım 2 sözünə klikləyirik. Bu növ yoxlama sistemində məhsulların sayını dəyişmək və ya öz fiziki anbarınızı yoxlamaq üçün istifadə olunur. Əlavə et sözünə vurub sayımını aparmaq istədiyimiz məhsulları seçirik.
Aşağıda göstərilən nümunədə biz sistemdə olan bütün inqredientlər üzrə yoxlama aparırıq.
Lazım olan inqredientlər seçildikdən sonra Tətbiq et düyməsinə klik edirik.
Açılan pəncərədə seçdiyimiz məhsulların cədvəldə siyahı üzrə məlumatlarını görünür.
Burada məhsulların nə qədər tədarük olunduğunu, satıldığını, köçürmə olunduğunu və s. görə bilərik.
Gözlənilən qalıq - hal-hazırda sistemdə nə qədər məhsul varsa onu göstərir.
Faktiki anbar qalığı - bizim anbarımızda faktiki olaraq nə qədər olduğunu qeyd edirik.
Bütün sayları faktiki anbar qalığı hissəsinə yazandan sonra Saxla-ya vursaq qaralama kimi saxlamış olacağıq yəni yazdıqlarımız sistemə tətbiq edilməyəcək və ya İnventarlaşdırma yoxlamasını aparın-a vurub təsdiq edə bilərik.
Yoxlama aparılmış inventarlaşdırma sənədini İnventarlaşdırma bölməsində görsənir. Bu sənəd üzərində silmə, dublikat etmə və ya İmtina əmrlərini icra etmək olar.
Sənədi Dublikat et dedikdə, öncəki inventarlaşma aparılmış məhsulların yeni sayımda təkrar istifadə edə bilərik. İmtina vuraraq isə qaralama halına gətirib dəyişiklik edə bilərik.