Ana içeriğe geç
Məhsul hərəkətləri

İnqredientlərin anbarda hərəkəti

Fuad Huseynov avatar
Yazar: Fuad Huseynov
Bir yıldan uzun süre önce güncellendi

Sistemdə olan inqredientlərin və məhsulların anbarda ətraflı hərəkətini izləmək üçün İnventar bölməsindən Məhsul hərəkətləri hissəsini seçirik.

Məhsul hərəkəti haqqında ətraflı məlumat əldə etmək üçün, ilk öncə anbarı, daha sonra hərəkətini izləmək istədiyiniz məhsulu aşağıdakı şəkildə göstərilmiş hissələrdən seçirsiniz. Həmçinin əməliyyat tipi bölməsindən əməliyyatları tipinə görə də filtir edə bilərsiniz.

Bu əməliyyatları həyata keçirdikdən sonra, açılan pəncərədə məhsulun hərəkəti haqqında ətraflı məlumat əldə edə biləcəksiniz.

Əməliyyat tipi sütunundakı rəqəm olan linklərə vuraraq əməliyyat haqqında ətraflı məlumata keçid edə bilərsiniz.

Əlavə olaraq, yuxarıdakı şəkildə göstərilmiş bölmədən siz məhsul hərəkətlərində görmək istədiyiniz digər xüsusiyyətləri əlavə edə və ya qaldıra bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?