İnqrediyent - Anbar uçotunun aparılmasında əsas predmet olan, yarımfabrikatlar və tex.kartaların tərkibini formalaşdıran vasitədir.
İnqrediyent yaratmaq üçün, Menyu → İnqrediyent bölməsinə daxil oluruq. Burada Yarat və Çoxlu yarat buttonlarından istifadə edərək inqrediyentləri yarada bilərik.
Yarat düyməsini klikləyərkən, yaradacağınız sadəcə bir inqrediyentə aid bəzi funksiyalar tətbiq edə bilərsiniz. İnqrediyent yaradarkən ilk olaraq adını, kateqoriyasını (istəyə uyğun) və istifadə etdiyimiz ölçü vahidi təyin edirik.
Misal üçün bir inqrediyent yaradaq.
Ad - Məhsulun adını qeyd edirsiniz.
Barkod - Tədarük edərkən barkod ilə axtarış vermək üçün inqrediyentin barkodunu qeyd edirsiniz.
Mühasibatlıq kateqoriyası - mühasibatlıq kateqoriyası yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz.
Kateqoriya - kateqoriya yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz. (Misal üçün "ağartı məhsulları" kateqoriyası. İnqrediyentləri kateqoriyaya əlavə etmək inventarlaşdırma zamanı işinizi asandlaşdıra bilər.)
Vahid - İnqrediyenti tex.kartanın və ya yarımfabrikatın tərkibinə qeyd edilərkən, hansı vahiddən istifadə edəcəksinizsə, həmin vahid yazılmalıdır. Çünki həmin vahid ilə həm tədarük edəcəksiniz həm də satış edəcəksiniz. (Misal üçün, limon inqrediyentini yaradarkən Ədəd ilə yaradılıbsa, deməli həm tədarük zamanı həm də satış zamanı hesabatlar Ədəd üzərindən etməlisiniz.)
Əsas vahidin çəkisi, kg - Ədəd ilə alınan inqrediyentlərin çəkisini görmək üçün istifadə edilir. (Misal üçün, bir ədəd limonun çəkisini bu hissəyə qeyd etdikdə, bu zaman məhsulu istifadə etdiyiniz yerlərdə (tex.karta və ya yarımfabrikat) qida miqdarını çəki olaraq görə bilərsiniz.)
Çoxlu yarat funksiyasından istifadə edərkən bir neçə inqrediyenti eyni anda yaratmaq şansınız olur. Bu zaman inqredientə yalnız adını, kateqoriyasını və vahidini qeyd edə bilərsiniz. Əlavə et düyməsi ilə yeni inqredient yaratmaq üçün boş xanalar əlavə etmək mümkündür.
Aşağı ehtiyyat - Bu hissədə qeyd edilən miqdar, anbar qalıqlarında tükənmək üzrə olan mal qalığına nəzarət etməyə imkan verir. (Misal üçün bu hissəyə 3 yazsaq, Ehtiyat bölməsində qalıq filterində aşağı ehtiyatı seçdikdə, bizim qeyd etdiyimiz miqdardan aşağı olan inqrediyentlər gələcək. )
Anbarda hesablamanı ləğv et - inqrediyent üçün bu funksiyanı aktiv etdikdə, anbar üzrə edilən heç bir prosesin (tədarük, inventarlaşdırma və s.) bu inqrediyentə təsiri olmur. (Misal üçün, duz inqrediyentinin hesablanması bir çox hallarda çətin olur. Bu zaman anbarda hesablamanı ləğv et funksiyasından istifadə edə bilərsiniz. )
Bəzən yaratmaq istədiyiniz inqrediyent anbarınızda müəyyən miqdarda faktiki qalığı olur. Bunu sistemdə göstərmək üçün, birbaşa yaradılan zaman anbara əlavə edə bilərsiniz.
İlkin miqdar - burada qeyd edilən miqdar qədər anbarınızda ehtiyat kimi yaradılacaq.
İlkin ehtiyat qiyməti - burada qeyd edilən qiymət 1 vahidin (ədəd, kq, qr, l, m) maya dəyəri olacaq.
İlkin anbar - Bu hissədə isə, inqrediyentin hansı anbara əlavə ediləcəyini təyin edirsiniz.
Vahidlər - bu hissədə mövcud İnventar bölməsində olan yaradılmış qablaşdırmalardan seçərək əlavə edə bilərsiniz. Anbarda Tədarük, Transfer, Silinmə (Tullantı) edən zaman seçili vahidlərdən istifadə oluna bilər.
Qablaşdırma yaratmaqla bağlı geniş məlumatı Qablaşdırma sözünə klikləyərək əldə edə bilərsiniz.
İnqrediyentlərlə bağlı əməliyyatları etmək üçün, müvafiq bölümün üst menyusundakı filterlərdən istifadə edə bilərsiniz.
Hər hansı bir inqredientin nəyin tərkibində (tex.kartanın, yarımfabrikatın və ya modifikatorun) olduğunu görmək üçün, inqredientin üzərinə klikləməlisiniz. Bu zaman sağ tərəfdən pəncərə açılacaq. Buradan həmin inqredientin nəyin tərkibində və nə qədər istifadə olunduğunu görə biləcəksiniz.
İnqrediyent məlumatlarını dəyişə və ya silə bilərsiniz. Bunun üçün inqrediyentin üzərində siçanın sağ düyməsini klikləməlisiniz və ya inqrediyentin qarşısındakı üç nöqtəni vuraraq seçim etməlisiniz.