Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəMenyunun tərtibi
Tərkiblərin Excel vasitəsi ilə daxil edilməsi
Tərkiblərin Excel vasitəsi ilə daxil edilməsi
Nurane avatar
Yazar: Nurane
2 haftadan uzun süre önce güncellendi

Tərkibli menyunu sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıq ilə məlumatları excel-ə qeyd edirsiniz.

  • Name (Ad) → Bu sütunda ilkin olaraq satışı yaradılacaq olan məhsulun adı daha sonra tərkibdə qeyd edilən inqredient, məhsulların və ya yarımfabrikatların adı qeyd olunur.

  • Type (Növü) → Burada daxil etdiyiniz məhsulların tipinə uyğun olaraq adlarını qeyd edirsiniz ( GOODS, DISH, INGREDIENT ). Əgər alınmış məhsul olduğu kimi, dəyişiklik edilmədən satılırsa - GOODS, tərkibli məhsuldursa - DISH, tərkibə daxil olan məhsuldursa - INGREDIENT yazırsınız. Bütün adlar ingilis dilində və böyük hərflərlə qeyd edilməlidir.

    Məsələn: Coca-Cola məhsulunu həm hazır məhsul həm də inqredient kimi yarada bilərsiniz. Bu zaman birinci halda həmin məhsul GOODS, ikinci halda isə INQREDIENT kimi yazılmalıdır.

nümunə:

  • Category (Kateqoriya) → Burada məhsulların, yeməklərin, inqredientlərin hansı kateqoriyada olduqlarını müəyyən edirsiniz.

  • Station (Şöbə) → Şöbə dedikdə məhsullarınızın hazırlandığı yer nəzərdə tutulur. (qeyd: Yalnız məhsullara və yeməklərə şöbə yazırsınız. İnqredientlərə şöbə yazılmır.)

  • Price (Qiymət) → Məhsuıun satış qiyməti yazılır. məs: 10, 20, 25 (qeyd: yalnız məhsullara və yeməklərə qiymət yazmalısınız.)

  • Cost Price (Maya Dəyəri ) → bu sətirdə aldığınız inqredientlərin ölçü vahidinə uyğun olaraq çəkisinin və ya ədədinin vahid qiymətini yazırsınız.

  • GROSS → Bu sətirdə tərkibə gedən inqredientlərin miqdarını yazırsınız.

  • Unit (Vahid) → Bu hissədə məhsulun ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, lt, m, əd və ya qr). Vahidlər ingilis dilində qeyd edilməlidir: kg, l, pcs, m, g

  • Sold by weight (Çəki ilə Satılır) → Əgər məhsul və ya yemək çəki ilə satılarsa aidiyyatı sütunda "1" rəqəmi qoymaq kifayətdir.

    Nümunə exceli yükləmək üçün, bu linkə vurun.

Excel cədvəlini doldurduqdan sonra, arxa panelə daxil olub, faylı import edirik.

Bu cevap sorunuzu yanıtladı mı?