Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəSual-cavab
Menyu Excel import nümunələri
Menyu Excel import nümunələri
Nurane avatar
Yazar: Nurane
6 aydan uzun süre önce güncellendi

Menyunun import edilməsi

  1. MS.Excel yeni fayl yaradırıq.

  2. Faylın sütunlarını aşağıdakı şəkildə olduğu kimi qeyd edirik.

  3. Şəkildə göstərilən qaydada məhsullarımızı və Tex.Kartalarımızı əlavə edirik.

  4. Sütunlar aşağıdakı şəkildə qeyd edilir:

    • Məhsulun adı - Məhsul və ya Tex.Kartanın adı qeyd edilir

    • Məhsulun qiyməti - Məhsul və ya Tex.Kartanın qiyməti qeyd edilir

    • Məhsulun kateqoriyası - Məhsul və ya Tex.Kartanın kateqoriyası qeyd edilir

    • Məhsulun hazırlandığı yer - Məhsul və ya Tex.Kartanın hazırlandığı yer qeyd edilir

      Məhsulun tipi bölməsində isə yalnız DISH və ya GOODS yazılmalıdır.

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz.

Tərkibli menyunun import edilməsi

Tərkibli menyunu sistemə vurmaq üçün, aşağıdakı ardıcıllıq ilə məlumatları excel-ə qeyd edirsiniz.

  • Name (Ad) → Bu sütunda ilkin olaraq satışı yaradılacaq olan məhsulun adı daha sonra tərkibdə qeyd edilən inqredient, məhsulların və ya yarımfabrikatların adı qeyd olunur.

  • Type (Növü) → Burada daxil etdiyiniz məhsulların tipinə uyğun olaraq adlarını qeyd edirsiniz ( GOODS, DISH, INQREDIENT ). Əgər alınmış məhsul olduğu kimi, dəyişiklik edilmədən satılırsa - GOODS, tərkibli məhsuldursa - DISH, tərkibə daxil olan məhsuldursa - INQREDIENT yazırsınız. Bütün adlar ingilis dilində və böyük hərflərlə qeyd edilməlidir.

    Məsələn: Coca-Cola məhsulunu həm hazır məhsul həm də inqredient kimi yarada bilərsiniz. Bu zaman birinci halda həmin məhsul GOODS, ikinci halda isə INQREDIENT kimi yazılmalıdır.

nümunə:

  • Category (Kateqoriya) → Burada məhsulların, yeməklərin, inqredientlərin hansı kateqoriyada olduqlarını müəyyən edirsiniz.

  • Station (Şöbə) → Şöbə dedikdə məhsullarınızın hazırlandığı yer nəzərdə tutulur. (qeyd: Yalnız məhsullara və yeməklərə şöbə yazırsınız. İnqredientlərə şöbə yazılmır.)

  • Price (Qiymət) → Məhsuıun satış qiyməti yazılır. məs: 10, 20, 25 (qeyd: yalnız məhsullara və yeməklərə qiymət yazmalısınız.)

  • Cost Price (Maya Dəyəri ) → bu sətirdə aldığınız inqredientlərin ölçü vahidinə uyğun olaraq çəkisinin və ya ədədinin vahid qiymətini yazırsınız.

  • GROSS → Bu sətirdə tərkibə gedən inqredientlərin miqdarını yazırsınız.

  • Unit (Vahid) → Bu hissədə məhsulun ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, lt, m, əd və ya qr). Vahidlər ingilis dilində qeyd edilməlidir: kg, l, pcs, m, g

  • Sold by weight (Çəki ilə Satılır) → Əgər məhsul və ya yemək çəki ilə satılarsa aidiyyatı sütunda "1" rəqəmi qoymaq kifayətdir.

    Nümunə exceli yükləmək üçün, bu linkə vurun.

Excel cədvəlini doldurduqdan sonra, arxa panelə daxil olub, faylı import edirik.

Variantlı hazır məhsulun excel ilə import edilməsi

Clopos sistemində hazır məhsulları variantları ilə birgə toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb adlarını, kateqoriyasını və s. cədvəl şəklində qeyd etməlisiniz.

İmport sənədinin yaradılması ardıcıllığı ilə tanış olaq:

  1. MS.Excel yeni fayl yaradırıq;

  2. Sütunlara sistemin tələb olunduğu qaydada adlarını qeyd edirik

    • Type - "GOODS" (məhsulun özü) sözü qeyd edilir. Altındakı sütunlarda isə "MODIFICATION" (variant) sözü qeyd edilir.

    • Name - İlk öncə Hazır məhsulun adı, ardınca isə variantların adı alt-alta qeyd edilir

    • Price - Variantların qiyməti qeyd edilir

    • Category - Yaradacağınız hazır məhsulun kateqoriyası qeyd edilir

    • Station - Hazır məhsulun şöbəsi qeyd edilir.

  3. Əgər bir neçə fərqli hazır məhsulu bu formada import etmək istəyiriksə, məhsul bazasında bizə lazım olan hazır məhsulların və variantların adlarını müvafiq qaydada alt-alta yazırıq.

    Bütün işləmləri bitirdikdən sonra, aşağıdakı şəkildə göstərilmiş nümunəyə uyğun olaraq sənədi əldə etmiş olacaqsınız.

Hazır edilmiş İmport sənədi Clopos sisteminə yükləmək üçün Menyu Məhsullar bölməsinə daxil olub, import düyməsinə klik edirik.

Bu zaman açılmış pəncərədə bizə lazım olan sənədi seçib import düyməsinə klik edirik.

Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?