Excel üzərində hazırlanmış yarımfabrikatları sistemə import etmək üçün, aşağıdakı ardıcıllıq ilə məlumatları excel-ə qeyd edirsiniz.
qeyd: Şəkil nümunə xarakterlidir
Name (Ad) → Bu sütunda ilkin olaraq yarımfabrikatların adı daha sonra tərkibdə qeyd edilən məhsulların adı qeyd olunur.
Type (Növü) → Məhsul növlərin adı qeyd olunur. Qeyd etdiyiniz məhsul əgər yarımfabrikatdırsa - PREPARATION, inqrediyentdirsə - INGREDIENT kimi qeyd edilir.
Category (Kateqoriya) → Burada yarımfabrikatların, inqredientlərin hansı kateqoriyada olduqlarını müəyyən edirsiniz.
Cost Price (Maya Dəyəri) → bu sətirdə aldığınız inqredientlərin ölçü vahidinə uyğun olaraq çəkisinin və ya ədədinin vahid qiymətini yazırsınız.
GROSS → Bu sətirdə tərkibə gedən inqredientlərin miqdarını yazırsınız .
Unit (Vahid) → Bu hissədə məhsulun ölçü vahidini uyğun olaraq göstərməlisiniz (kg, lt, əd və ya qr). Vahidlər ingilis dilində qeyd edilməlidir: kg, l, pcs, m, g
Net Output → Bu hissədə yarımfabrikatın Ümumi çıxış miqdarını qeyd edirik.
Bütün yarımfabrikatlar bu formada alt-alta qeyd edilməlidir. Tərkiblərdə istifadə edilən və yaradılmış olan inqredient adları eyni məhsul üçün eyni formada olmalıdır. Yəni misal olaraq qeyd edək: Kök adlı məhsul bir tərkibdə KÖK, digərində YERKÖKÜ deyə yazılmamalıdır! Belə olan halda sistem onları fərqli məhsul hesab edərək, inqredient bazasında hər ikisini yaratmış olacaq.
Excel cədvəlini doldurduqdan sonra arxa panelə daxil olub, faylı import edirik.
Nümunə exceli yükləmək üçün, bu linkə vurun.