Ana içeriğe geç
Qablaşdırma
Nurane avatar
Yazar: Nurane
2 aydan uzun süre önce güncellendi

Məhsul tədarük edərkən məhsulları qruplaşdırıb toplu şəkildə sistemə vurmaq üçün, Qablaşdırmalar bölməsindən istifadə olunur. İnventar → Qablaşdırmalar bölməsinə daxil olub, Yarat düyməsini klikləyirik.

Açılan pəncərədə məlumatları qeyd edirik. Məhsul tədarük edərkən Miqdar xanasına yazılan miqdar ilə Bərabər xanasında yazılan miqdarın hasili kimi hesablanır.

Misal üçün, 1 kaset Cola alınır. Həmin kasetdə 24 ədəd məhsul olur. Bunun üçün qablaşdırma yaradılan zaman Bərabər bölməsində 1 kasetdə neçə ədəd Cola olduğunu göstəririk .

Növbəti atdımda isə tədarük edəcəyimiz məhsulu tapırıq , Menu-İnqridientlər hissəsindən məhsul üzrə axtarış edərək bu əməliyyatı tədbiq edəcəyimiz məhsulu tapırıq, sağ tərəfdə yerləşən 3 nöqtəyə daxil olub dəyişmək bölməsinə klik edirik.

Bu hissədə Vahidlər yazılan bölmənin altında yerləşən əlavə et sözünə klik edirik .

Select yazılan hissəyə 1 dəfə klik etdikdən sonra yeni yaratdığımız qablaşdırma növünü əlavə edirik və saxla düyməsini sıxırıq.



Tədarük edərkən həmin qablaşdırmanı aşağıda göstərilən şəkildə seçirik. Miqdar olaraq 1 yazarkən 1 kaset (24 ədəd) anbara daxil olunacaq. Dəyər sütununa da 1 kasetin qiyməti yazılır.

Tədarük yaratmaqla bağlı geniş məlumatı Tədarük yaratmaq sözünə klikləyərək əldə edə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?