Ana içeriğe geç
Modifikator əlavə edilməsi

Tex. kartaya modifikatorun əlavə edilməsi

Fuad Huseynov avatar
Yazar: Fuad Huseynov
7 aydan uzun süre önce güncellendi

Modifikator kombo menyu, set yaratmaq üçün istifadə olunan bir funksiyadır. Set yaratmaq üçün, ilk öncə Menyu→Məhsullar bölümündən Yarat düyməsinə klik edərək Tex.karta tipli məhsul yaradırıq. Ətraflı bölməsində məhsula aid məlumatları (adını, kateqoriyanı, şöbəni və s.) daxil etdikdən sonra Modifikatorlar bölməsinə keçid edirik.

Modifikatorlar pəncərəsi açıldıqdan sonra, "+ Modifikator seti əlavə edin" sözünə klik edirik.

Siz burada yeni set yarada və ya əvvəl yaradılan modifikator setini əlavə edə bilərsiniz. Əvvəl yaradılmış seti əlavə etmək istəyirsinizsə, Yeni set yarat sözünün üzərinə klik edib, əvvəl yaradılmış olan Seti tapıb, seçirsiniz.

Bu zaman İki seçim ilə qarşılaşacaqsınız: Klonlaşdır Əlavə et. Klonlaşdır düyməsi yaradılmış modifikatoru kopyalayır və üzərində hər hansısa bir dəyişiklik edildikdə, əvvəlki modifikator setində dəyişiklik baş vermir. Əlavə et düyməsi isə, modifikatoru kopyalayır və dəyişiklik edildikdə, modifikatorun iştirak etdiyi bütün setlərdə həmin dəyişiklik tətbiq edilir.

Yeni set yaradırsınızsa, setə verəcəyiniz adı qeyd edirsiniz.

Seçimi edərkən modifikator qrupunda istifadənizə uyğun olaraq seçim edəcəyinizi təyin edirsiniz.

  • Bir - Modifikator qrupunda sadəcə bir məhsulu seçmək icazəsi.

  • Bir neçə - Bu seçimdə minimum və maximum dəyər qoymaq mümkündür.

  • Minimum dəyər - Qrup üzrə xanada yazılan miqdarda məhsul mütləq seçilməlidir.

  • Maximum dəyər - Qrup üzrə xanada yazılan miqdardan artıq məhsul seçilə bilməz.

    Bir tex kartada iki və daha çox modifikator qrupu yaratmaq mümkündür. Misal üçün: salatları bir qrupa, şorbaları bir qrupa, içkiləri bir qrupa və s. şəklində ayrı-ayrı yığa bilərsiniz və ya hamısını eyni modifikator qrupu üzrə yerləşdirə bilərsiniz.

Aşağıdakı şəkildə Kombo menyu seti üzrə Bir neçə seçim imkanlı modifikator qrupu yaradılmışdır.

Burada minimum və maksimum dəyərləri qeyd edirik. Qrup üzrə minimum dəyərdə qeyd olunan "1" rəqəmi mütləq şəkildə bir seçim edilməni, maksimum dəyər bölümündə "10" rəqəmi isə bundan artıq seçim edə bilməyəcəyinizi görsədir.

İndi isə yaratmış olduğunuz modifikator qrupuna məhsulların necə daxil edilməsinə baxaq. Qrupa təyin etdiyiniz adın (mis: Salatlar sözünün) üzərinə klikləyirik. Daha sonra "+Əlavə et" düyməsinə klikləyirik. Modifikator qrupuna neçə məhsul əlavə edəcəksinizsə, o qədər də xana əlavə edirisiniz.

Açılmış bölümdə xanalar üzrə açıqlamalar aşağıdakı kimidir:

  • Modifikator - tex.kartalı məhsulun daxil edilməsi.

  • Ad - modifikator üzrə məhsulların terminalda adlandırılması bölməsidir. İstəyə uyğun dəyişiklik edilə bilər.

  • Şəkil - istəyə uyğun olaraq, hər yeməyə şəklini yükləyə bilərsiniz.

  • Brutto - anbardan silinmə miqdarını qeyd edirsiniz.

  • Susmaya görə - bu xanada olan qeydlər, terminaldan seçim edərkən açılan pəncərədə məhsuldan neçəsinin seçilmiş olmasını istəyirsinizsə həmin miqdarı susmaya görə bölməsinə qeyd edirsiniz. (məsələn: paytaxt salatının qarşısına susmaya görə sütununa 2 yazılsa, modifikator seçimi pəncərəsi açılarkən, 2 ədəd paytaxt salatı sistem tərəfindən seçilmiş olaraq açılacaq.)

  • Minimum - qrupda həmin məhsul üzrə ən az neçəsi seçilə bilərsə həmin miqdarı qeyd edirsiniz və susmaya görə xanasına həmin miqdarı qeyd edirsiniz. (məsələn: paytaxt salatının qarşısında minimum sütununda 3 yazılsa, mütləq həmin məhsul üzrə 3-ü seçilməlidir və susmaya görə bölməsinə 3 yazılmalıdır. )

  • Maximum - qrupda həmin məhsul üzrə maximum neçəsi seçilə bilərsə həmin miqdarı qeyd edirsiniz. (məsələn: paytaxt salatının qarşısında maximum sütununda 10 yazılsa, 10 dan artıq seçim etmək mümkün deyildir deməkdir.)

  • Qiymət - hər bir məhsula fərqli qiymət qoya bilərsiniz. Satış qiyməti və modifikator qiyməti hər zaman toplanılır. (məsələn: modifikator setini kombo menyu kimi yox, dondurmanın üzərinə vurulan əlavələrə görə yığırıq. Bu zaman üzərinə vurulan hər bir inqridientin qiymətinin 0.5 azn olduğunu düşünək. Məhsulun satış qiymətindən əlavə olaraq, üzərinə vurulan inqridientləri modifikator kimi yaradıb, qiymətlərini qeyd edirik. Məhsul satışı zamanı seçilən hər bir inqridientin qiyməti satış qiymətinin üzərinə gəlinir.)

Modifikator qrupu yaradarkən "Bir" variantının seçimi, əlavə etdiyiniz məhsullar arasında yalnız birinin seçilməli olduğunun şərtini təyin edir.

Bir variantını seçib Əlavə et düyməsinə klik edirik. Açılmış olan pəncərədə məhsulları daxil etdikdən sonra Susmaya görə birini təyin edirik. Bu məhsul satış zamanı avtomatik olaraq seçilmiş olacaq. Lakin satış zamanı terminalda məhsullar üzrə seçim dəyişikliyi edə bilərik.


Bu cevap sorunuzu yanıtladı mı?