Tex.Karta - Məhsulun tərkibini əks etdirən bir məlumat bazasıdır.
Clopos sistemində Tex.Karta əlavə etmək üçün arxa paneldən Menyu → Məhsullar bölməsinə daxil olaraq sağ yuxarı hissədə yerləşən Yarat düyməsinə sıxırıq.
Açılmış olan pəncərədə Tex.karta yazılmış xanaya basırıq.
Daxil olduğumuz yerdə Ətraflı bölməsinə ilkin olaraq doldurulması vacib olan xanalara aid olan məlumatları daxil edirik.
Məhsulun adını qeyd edirik;
Məhsulun satış terminalında hansı kateqoriyada olduğunu seçirik;
Məhsulun hansı şöbədə hazırlanacağını qeyd edirik. (məs: Bar, Mətbəx və s.)
Bundan sonra Tərkib bölməsinə keçid alırıq. Burada göstərilmiş olan ardıcıllıqla əməliyyatları yerinə yetiririk.
Qeyd olunmuş bölmədə inqredientləri Toplu və ya Tək-Tək formada tərkibə daxil edə bilərik. (məhsulun tərkibi inqredientlər və yarımfabrikatlardan təşkil olunur)
Əlavə et düyməsinə basdıqdan sonra bu bölümdə inqredientləri seçmə sahəsi aktivləşir. (burada tərkibin adını və miqdarını daxil edirik)
İnqredientləri daxil etdikdən sonra məhsulun satış qiymətini təyin edirik.
Bütün işləmlər bitdikdən sonra Saxla düyməsinə klik edirik.