QR Menyuda Məhsul Adlarının Müxtəlif Dillərdə Göstərilməsi:
QR menyuda təqdim olunan məhsulların adlarını müxtəlif dillərdə göstərmək mümkündür. Bunun üçün QR Menyu → Tənzimləmələr → Dillər bölməsinə daxil olub, istəyə uyğun olaraq mövcud dilləri seçə bilərsiniz. Dilləri seçdikdən sonra Saxla düyməsinə klik edin.
QR Menyu üçün Məhsulun Dilinin Dəyişdirilməsi:
Hər hansı məhsulun dilini QR menyuda dəyişmək istəyirsinizsə, məhsulun sağında yerləşən üç nöqtəli menyunu seçib "Dəyişmək" düyməsinə klik edin.
QR Menyu Bölməsində Məhsulun Dil Məlumatlarının Daxil Edilməsi:
QR Menyu bölməsinə keçid etdikdən sonra, daha əvvəl seçilmiş dillər üzrə xanalarda lazımi məlumatları qeyd edirsiniz:
Ad bölməsində: Məhsulun həmin dildə olan adını yazın.
Açıqlama bölməsində: Məhsul haqqında hər hansı məlumatı müvafiq dillərdə qeyd edin (bu bölmə istəyə bağlı olaraq boş saxlanıla bilər).
QR Menyu Üçün Modifikatorun Dilinin Dəyişdirilməsi:
Menyu → Modifikator İdarəetməsi hissəsinə daxil olun, istənilən modifikatorun sağında yerləşən üç nöqtəyə klik edib "Dəyişmək" bölümünə keçid edin.
Modifikatorun Digər Dillərdə Göstərilməsi (QR Menyu):
Daha sonra yuxarıda QR Menyu bölməsini seçirsiniz. Aşağıdakı hissələrdə modifikatorun digər dillərdə olan yazılışını təyin edirsiniz.
QR Menyu Üçün Kateqoriyanın Dilinin Dəyişdirilməsi:
Menyu → Kateqoriyalar hissəsinə daxil olun, düzəliş etmək istədiyiniz kateqoriyanın qarşısındakı üç nöqtəyə klik edib "Dəyişmək" bölümünə keçid edin.
Kateqoriyanın Digər Dillərdə Göstərilməsi (QR Menyu):
Daha sonra yuxarıda Tərcümə bölməsini seçirsiniz. Aşağıdakı hissələrdə kateqoriyanın digər dillərdə olan yazılışını təyin edirsiniz.
QR Menyunun Seçilmiş Dillər Üzrə Göstərilməsi:
Yuxarıda qeyd olunan bütün əməliyyatları tamamladıqdan sonra, QR menyuda seçilmiş dillər üzrə menyuya baxa bilərsiniz. Hər hansı bir dili seçdiyiniz zaman menyu həmin dildə açılacaqdır.