Qr menyunu aktivləşdirmək
QR menyu bir moduldur və arxa ofis idarəetmə panelinə çıxışı olan hər istifadəçimiz rahatlıqla aktivləşdirə bilər. İzlənilməli addımlar isə çox sadədir:
Arxa ofis idarəetmə panelinin sol bölməsindən “Tətbiqlər”i seçin;
“Hamısı” bölməsinə keçid edin;
Qr menyunun aktiv edilməsi
QR menyu modulunu konfiqurasiya etmək üçün ilk növbədə statusu aktiv etmək lazımdır. Bunun üçün:
Arxa ofis idarəetmə panelinin sol bölməsindən “QR menyu”nu seçin;
“Tənzimləmələr” bölməsinə keçid edin;
Statusu aktiv edin;
Menyu quruluşu hissəsindən menyu ardıcıllığını dəyişə bilərsiniz. Dəyişiklikləri yadda saxlamaq üçün sağ yuxarı hissədə yerləşən Saxla düyməsinə klik edirik. Etdiyiniz dəyişiklikdən imtina etmək üçün, sıfırla düyməsini klikləyə bilərsiniz.
QR Menyu → Məhsullar bölməsindən E-menyuda görsədilməsi tələb olunan məhsulları tək-tək və ya toplu şəkildə seçmək olar. Toplu seçim zamanı "Toplu əməliyyatlar" bölümünə klik edərək dəyiş bölümünü seçirik.
Daha sonra QR menyuda bizə lazım olan məhsulları seçib Tətbiq et bölümünə daxil oluruq.
Açılmış pəncərədə Göstər bölümünü aktiv edib saxla düyməsinə klik edirik. Həmçinin burada məhsulun hansı kateqoriyada olmasını da seçə bilərsiniz.
Bu zaman QR menyuda bizə lazım olan seçilmiş məhsulların Göstər bölümündə aktiv olduğunu görəcəksiniz.
Qr menyu sazlamaları
QR Menyu modulunun dizaynı və ayarlarını aşağıdakı qaydada edə bilərsiniz.
Arxa paneldən QR menyu bölməsinə daxil olaraq Tənzimləmələr hissəsindən brendinizə uyğun ayarları təyin edirik.
E-menu aktivdir - QR menyu bölümünü aktiv və ya passiv etmək
Xidmət haqqını gizlət - Təyin edilmiş xidmət haqqını gizlədə və ya göstərə bilərsiniz
Ofisiant çağırma statusu - Ofisiant çağırmanı aktivləşdirmək
Hesabı istəmə statusu - Hesabın istənilməsi
Masadan sifariş etmək - Masadan sifarişlərin qəbul edilməsini aktivləşdirmək
WhatsApp sifarişi statusu - WhatsApp tətbiqi üzərindən sifarişlərin qəbul edilməsi
WhatsApp sifariş nömrəsi - Sifarişlərin WhatsApp üzərindən qəbulu üçün təyin edilən nömrə
İlk olaraq QR menyu modulunu aktiv edirsiniz. Sizə lazım olan xidmətləri aktiv və ya passiv edərək ayarlıya bilərsiniz. Dillər bölümündə E-menu modulu üçün istifadə etmək istədiyiniz dilləri əlavə edirsiniz. QR kod bölümündən QR menyu kodunu yükləyərək çap edə bilərsiniz. QR kod yüklənərkən həm ümumi, həm də hər bir masaya uyğun yüklənir. Qeyd olunmuş link vasitəsi ilə qr menyuya daxil ola bilərsiniz.
Masalara uyğun QR kodları scan edilərkən, müştərilər QR menyu-dan Ofisiant çağırma, hesabı istəmə, masadan sifariş etmək statuslarından yararlana bilər. Bunun üçün ilk öncə bu funksiyalar arxa paneldə aktiv olmalıdır.
Qr menyuda məhsullara tətbiq edilmiş şəkillərin necə görünməsini təyin edə bilirsiniz.
Bunun üçün, Qr menyu→Tənzimləmələr→Menyu fərdiləşməsi bölməsinə daxil olub, istədiyiniz şablonu seçirsiniz.
Qr menyudan məhsulun sifariş edilməsi
QR kodu masaya uyğun scan etdikdən sonra, sifariş edəcəyimiz məhsulları səbətə əlavə edirik. Səbətə daxil olub sifarişimizi təsdiqləyirik. Təstiqləyən zaman, qeyd də əlavə edə bilərsiniz. Bu qeyd şöbəyə göndərilən çekdə, çekdə əks olunur.
Bu zaman məkanın satış terminalı ekranında bununla bağlı bildiriş gələcək. Terminaldan siz bu sifarişi qəbul edə və ya qəbul etməyərək ( İqnor et ) sifarişi ləğv edə bilərsiniz.
Əgər qarson çağırmaq istəyirsinizsə, Ofisantı çağır düyməsini klikləyərək, təsdiq etməyiniz kifayətdir.
Bu zaman Terminal ekranına bununla bağlı bildiriş gəlir.
Hesabı istədikdə isə Çek bölməsinə daxil olaraq, Kart və ya Nağd ödəniş növünü seçərək təsdiq edirsiniz.
Web brauzer üzərindən də yaratmış olduğunuz QR menyu bölümünə baxa bilərsiniz. Bunun üçün bend adınızı istifadə edərək clopos.menu linkinə daxil olmalısınız.
Nümunə: https://sizin brendiniz.clopos.menu