Ana içeriğe geç

Dəyərləndirmə

Çekdə dəyərləndirmə qr kodu necə aktiv edə bilərik?

Nurane avatar
Yazar: Nurane
Bir aydan uzun süre önce güncellendi

Dəyərləndirmə funksiyasını aktivləşdirmək üçün arxa paneldə Tənzimləmələr → Modullar bölməsinə keçid edin və +Qoşulmaq düyməsini klikləyin. Modul qoşulduqdan sonra Tətbiqlər bölməsində Dəyərləndirmə modulunu görəcəksiniz. Buradan daxil olaraq dəyərləndirməni istədiyiniz kimi sazlamaq mümkündür.

Açılan pəncərədə Tənzimləmələrə daxil olmalısınız.

  • Status - Qr kodun aktiv/ deaktiv olması

  • Çekdə QR çapı - Çeki bağlayan zaman printerdən çap edilən çekdə qr kodun olub/olmamasını təyin edir

  • Ön çekdə dəyərləndirmə QR kodunun çapı - Ön çekdə qr kodun olub/olmamasını təyin edir.

  • Dəyərləndirmələr üçün təyin edilmiş QR kodu yükləmək istəyirsinizə, Endir düyməsinə klik edin.

Etdiyiniz dəyişikliklərdən sonra Saxla düyməsinə vurmaq lazımdır.

Qr kodu oxudan zaman dəyərləndirmə səhifəsinə yönləndirilərək, aşağıdakı mərhələlər üzrə dəyərləndirmə edə bilərsiniz.

Qiymətləndirmələrin nəticələrinə Arxa Panel→Marketing→Dəyərləndirmələr bölməsindən baxa bilərsiniz. Görünməyən hər hansısa sütun varsa, işarələnmiş cədvəl bölməsindən aktiv edə bilərsiniz.

Hansı çekə şərh yazıldığını görmək üçün Satış → Çeklər bölməsinə daxil olun. Əgər çekə şərh yazılıbsa, həmin çekin qarşısında ulduz işarəsi əks olunur.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?