Ana içeriğe geç
Clopos terminal şifrəsi

Terminalların şifrələrini necə görə bilərik ?

Nurane avatar
Yazar: Nurane
Bir aydan uzun süre önce güncellendi

Clopos terminal şifrəsinə baxmaq üçün arxa panelə daxil olub İcazələrTerminallar bölməsinə daxil oluruq.

Daxil olduqdan sonra sistemimizdə mövcud olan terminalların siyahısını görə bilərik. Şifrə sütunundan müvafiq terminalın şifrəsinə baxa bilərik. Terminalda dəyişiklik etmək və ya həmin terminalda mövcud olan sessiyaya son vermək üçün sağ hissədə yerləşən Dəyişmək düyməsindən istifadə edirik.

Dəyişmək düyməsinə klik etdikdən sonra açılan səhifədə məlumatları redaktə edə bilərsiniz.Bu hissədən eyni zamanda terminalda görünməsi üçün terminal şəkli də təyin edə bilərsiniz.

Bildiriş qəbulu aktivliyi terminala bildirişin gəlməsinə təsir edir. Aktiv olduğu halda QR Menyu , Wolt və.s kimi modullardan bildiriş qeyd olunan terminalda əks olunacaq.

Terminal üzrə satış üsulu və satış zalını da seçmək mümkündür. Misal üçün, aşağıdakı terminal kodunu terasda olan terminala yazmısınız və o terminaldan yalnız terasdakı sifarişlər vurulacaq. Satış üsulu bölməsində yerində satış tipini qeyd edirsiniz. Yerində seçdiyiniz halda zallar xanası aktiv olacaq. Bu terminalda hansı zalın görünməyini istəyirsinizsə, onu işarələyirsiniz. Satış tipi olaraq yalnız yerində deyil, çatdırılma, takeaway də seçə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?