Caspos proqramından çıxış etmək üçün Power (Söndür / Yandır) düyməsini sıxıb saxlayırıq. Ekranda sağ yuxarıda Exit Kiosk yazısına sıxırıq. ( Pin - 3223 )
Caspos cihazının və Clopos Terminalının eyni şəbəkədə olduğundan əmin olun.
Yuxarı sağda 3 nöqtəyə klik edib qabaqcıl yazılan bölmədən cihazın qoşulu olduğu İP-ni (IPv4) götürürük.
qeyd:İstəyə bağlı olaraq gələcək problemlərin qarşısını almaq məqsədi ilə Cihazın qoşulu olduğu IP-ni cihaza static şəbəkə kimi ayarlamaq lazımdır.
Caspos cihazında yenidən kiosk-ə daxil olub, kassa bölməsinə giriş etdikdən sonra sazlama bölməsində "Inteqrasiya prosesini başlat" vururuq. Kod yerinə "password" yazıb cihazın arxasında s/n nomrəsinin son 4 rəqəmini əlavə edirik. (nümunə: password0412)
Qeyd: Inteqrasiya prosesi aktivləşdirildikdə ekranda yalnız inteqrasiya prosesini dayandır yazısı görsənir. Bu o deməkdir ki, siz inteqrasiya prosesini uğurla başlatmısınız
Clopos arxa paneldə Ayarlar→ Modullar→ E-Kassa bölməsinə keçid edirik. Operator olaraq Caspos seçilir.
Məlumatlar aşağıdakı qaydada doldurulur (qeyd: İP ünvanı üzrə düzəliş olunan hissə yalnız 192.168.0.100 yazılan hissədə edilir. 5544 olduğu kimi saxlanılır)
Ip ünvan : 192.168.0.100:5544
İstifadəçi adı : username
Şifrə : password
Terminal Admin bölməsindən Fiscal Device bölməsinə daxil olub check düyməsi sıxılır. Success bildirişi ekrana çıxırsa, deməli Caspos sistemi uğurla inteqrasiya olunmuşdur.
9. İnteqrasiya prosesinin dayandırılması üçün kod "admin" yazılmalıdır.
10. Casposun daim inteqrasyada olması üçün, ekran daim yanılı qalmalıdır. Bunun üçün cihazın ayarlar menyusunda ekran bölməsindən "yuxu" rejiminə daxil olub, "heç vaxt" variantını seçməlisiniz.
Məhsulları vergiyə faizi dərəcəsi ilə göndərmək lazımdır. Bunun üçün, Arxa panel→Ayarlar→Modullar→Ayarla bölməsinə daxil oluruq. Default vergi adı və Default tax rate (Vergi faizi) qeyd edirik.
Əgər məhsula vergi tətbiq olunubsa, həmin vergi məlumat bazasına ötürüləcək. Lakin vergi faizi tətbiq olunmayıbsa, bu hissədə qeyd olunan faiz dərəcəsi əsas götürülərək vergiyə məlumat ötürüləcək.
E-kassada vergi faizi qeyd olunur. Həmin vergi faizi ilə Clopos sistemində qeyd olunan vergi faizi eyni olmadıqda ekrana xəta mesajı gəlir. Bu zaman Caspos şirkəti ilə əlaqə saxlanılmalıdır.