Ana içeriğe geç

OneClick kassasının Cloposa inteqrasiyası

eKASSAM cihazı ilə Cloposu necə inteqrasya edə bilərik?

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

E-kassa ilə Clopos inteqrasyasının önəmi:

Clopos sistemindəki qəbzlərin e-kassaya göndərilməsi, müasir vergi tələblərinə uyğunluğu təmin edən mühüm bir addımdır. Bu inteqrasiya, hər bir satış əməliyyatını və ödənişi avtomatik olaraq vergi sisteminə ötürərək, vergi bəyannamələrinin düzgün və vaxtında hazırlanmasını asanlaşdırır. E-kassa ilə əlaqə, vergi orqanlarına dəqiq və şəffaf məlumat təqdim etməyə imkan tanıyır, həmçinin mühasibatlıq proseslərini sadələşdirir və insan səhvlərini minimuma endirir. Bu, həm vergi öhdəliklərinin düzgün yerinə yetirilməsini, həm də biznesin maliyyə idarəetməsini asanlaşdırır.

eKASSAM E-Kassa Cihazını Clopos Sisteminə İnteqrasiya Etmək:

  • eKASSAM proqramını açırıq. Daha sonra APİ bölməsinə daxil oluruq. (Əgər bu bölmə sizdə yoxdursa, eKASSAM şirkəti ilə əlaqə saxlayın.) Sizə eKASSAM şirkəti tərəfindən təqdim olunan istifadəçi adı və şifrə ilə daxil olun.

  • Clopos arxa panelində Tətbiqlər bölməsinə daxil olun.

  • Hamısı bölməsindən One Click moduluna qoşulun.

  • Modulun aktivləşdirilməsi üçün 20 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq). Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.

  • Statusu aktiv edin.

  • Terminalda görünsün funksiyasını aktiv etdikdə, Terminalda Cihazlar bölməsində E-kassa bölməsi görünür. Statusu deaktiv etdikdə isə bu bölmə görünməz olur.

  • Avtomatik göndərilsin funksiyasını aktiv etdiyiniz zaman, bağlayacağınız çeklərdə Vergi ilə çap funksiyası avtomatik aktiv olur. İstəyə uyğun olaraq bu funksiyanı deaktiv edə bilərsiniz.

  • Bank Yoxdur! - Bu funksiya aktiv edildiyi təqdirdə, Elektron kassa cihazının içərisində bank varsa, bank fəaliyyəti inteqrasiya zamanı müvəqqəti dayandırılır. Kart ilə ödəniş etdiyiniz zaman artıq kart tələb edilməyəcək. Sadəcə olaraq, nağdsız şəkildə vergiyə məlumat ötürüləcəkdir.

  • İP ünvanı qeyd edin. (İP ünvanını öyrənmək üçün eKASSAM cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır.) İP ünvanı bu formada yazılmalıdır: 192.168.1.1:9876. Burada 192.168.1.1 İP ünvanı şərtidir. Port isə (:9876) mütləqdir və operator üçün dəyişməzdir.

  • eKASSAM cihazının Clopos sisteminə inteqrasiyası zamanı hər iki proqramın eyni şəbəkədə olduğuna əmin olun.

💡Gələcək problemlərin qarşısını almaq üçün cihazın qoşulu olduğu İP ünvanını statik şəbəkə olaraq təyin etmək və ya router və modemdə İP ünvanını rezerv etmək tövsiyə olunur. Bu, İP ünvanının dəyişməməsini və cihazın şəbəkə ilə əlaqəsinin stabil qalmasını təmin edir, bu da sistemin davamlılığı və düzgün işləməsi üçün vacibdir.

  • Təhlükəsizlik açarı- eKASSAM cihazının içərisində qeyd olunur və istədiyiniz zaman bu açarı dəyişdirə bilərsiniz. Təhlükəsizlik kodu Clopos arxa panelində qeyd edilir. Aşağıda göstərilən şəkildə, həm təhlükəsizlik koduna baxa , həm də onu dəyişdirə bilərsiniz.Həmçinin, bu səhifədə cihazın İP adresiniportunu da görə bilərsiniz.

  • Default vergi adı - Burada verginizi adlandıra bilərsiniz.

  • Default tax rate - Burada ödəyəcəyiniz vergi faizini qeyd edirsiniz.

  • Məlumatları daxil etdikdən sonra, sağ yuxarı küncdəki Saxla düyməsinə klik edərək, daxil etdiyiniz məlumatları yadda saxlayın.

eKASSAM Cihazının Clopos Sistemində Yoxlanılması:

  • Daha sonra, Clopos satış terminalında Kontrol PanelCihazlarE-Kassalar pəncərəsinə keçin.

  • Əgər terminalda E-Kassanın idarəetməsi ilə bağlı bölmə açılmırsa, Vəzifələr bölməsindən E-Kassa idarəetməsi icazəsini həmin əməkdaş üçün aktiv etməlisiniz.

  • eKASSAM cihazının sisteminizə tam inteqrasiya olunduğundan əmin olmaq üçün Yoxla düyməsinə klik edin. Uğurlu olduğu halda e-kassa cihazında kiçik qəbz çıxacaqdır .

Bir Neçə Fərqli E-Kassa Cihazının Eyni Anda İntegrasiyası:

Bir neçə fərqli e-kassa cihazını eyni anda inteqrasiya etmək mümkündür. Hər e-kassa cihazı yalnız bir terminalda istifadə edilə bilər. Hər hansı bir terminalda hansı e-kassa cihazını istifadə etmək istəyirsinizsə, digər e-kassa cihazlarını offline statusda saxlayaraq, istifadə etmək istədiyinizi aktiv etməlisiniz. Əgər, inteqrasiya etmək istədiyiniz e-kassa cihazları eyni operatordursa, bunun üçün Cloposun dəstək komandasına müraciət etməyiniz lazımdır.

Növbəninin statusunu yoxla:

  • E-kassanın növbəsini göstərən funksiyadır. Növbənin statusunu Yoxla düyməsini klik etdiyimiz zaman, əgər növbə bağlıdırsa, Fiscal: Closed yazılır. Əgər növbə açıqdırsa, Open yazılır və növbənin nə zaman açıldığına dair vaxt qeyd edilir.

Növbəni Açma:

  • Növbəyə başlamazdan əvvəl kassir və ya operator tərəfindən növbənin rəsmi şəkildə açılması zəruridir. Bu, sistemdə baş verən hər bir maliyyə əməliyyatının düzgün qeydiyyata alınmasını təmin edir. Növbəni açmaq üçün istifadəçi sistemə daxil olduqdan sonra, müvafiq interfeysdə Növbəni Aç düyməsinə klik edərək, növbənin başlanmasını təsdiqləyir. Bu addım növbənin başlanğıc vaxtını və kassirin fəaliyyətinə aid olan bütün əməliyyatların qeydiyyatını avtomatik olaraq sistemdə aktiv edir.

Növbəni Bağlama:

  • İş gününün sonunda və ya növbənin bitməsindən əvvəl növbənin rəsmi şəkildə bağlanması tələb olunur. Bu proses, bütün gün ərzində baş verən əməliyyatların yekunlaşdırılması və maliyyə məlumatlarının təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Növbəni Bağla düyməsinə klik etdikdə, sistem növbənin son vaxtını qeyd edir və növbə ərzində baş verən bütün əməliyyatların yekun hesabatını hazırlayır. Növbə bağlanmadığı halda, əməliyyatlar və hesabatlarda uyğunsuzluqlar baş verə bilər, buna görə bu addım xüsusi əhəmiyyət daşıyır.

X-Hesabat

  • kassir və ya operator tərəfindən iş günü ərzində istənilən vaxt çıxarıla bilən aralıq maliyyə hesabatıdır. Bu hesabat günün yekununa təsir etmədən, kassada edilən əməliyyatlar, satışlar, nağd və qeyri-nağd ödənişlər barədə məlumatları göstərir. X-hesabat yalnız cari vaxtadək baş vermiş əməliyyatların təsvirini verir və kassanın bağlanmasına səbəb olmur.

Hesabat:

  • Clopos proqramında E-Kassa səhifəsində seçdiyiniz tarix aralığına uyğun Vergiyə göndərilmiş çeklərin hesabı göstərilir. Lakin, qeyd edək ki, seçdiyiniz tarix aralığında gələcək tarix intervalı seçilə bilməz. Əks halda xəbərdarlıq bildirişi ilə qarşılaşacaqsınız.

Əməliyyat tarixçəsi:

  • Növbə daxilində göndərilmiş satışlar əməliyyatlarla göstərilir, yəni hər bir satış ayrılıqda göstərilir: məsələn, 12 manat satış və 13 manat satış kimi. Bu, hər bir əməliyyatın dəqiq olaraq izlənməsinə imkan verir.

💡Növbə 24 saat açıq qaldığı halda, sistem avtomatik olaraq xəta bildirişi göndərir. Bu bildiriş, növbənin bağlanmadığını və müvafiq əməliyyatların düzgün qeydiyyata alınmadığını göstərir. Bu səbəbdən növbənin vaxtında bağlanması vacibdir, əks halda sistemdə texniki uyğunsuzluqlar baş verə bilər.

Vergiyə Göndərilmiş Qəbzi Vergidən Ləğv Etmək Üsulları:

  • Fiskalı Ləğv Etmək:
    Arxiv çeklərindən həmin çeki tapıb, fiskal ləğv et düyməsini vuraraq ləğv edə bilərik. Fiskal ləğv eyni növbə daxilində edilir.

  • Çeki Yenidən Açmaq:
    Çeki yenidən açmaq yalnız kassanın açılış saatına qədər mümkündür. Eyni növbə daxilində çeki vergidən ləğv edə bilərsiniz.

  • Geri Qaytarılma Əməliyyatı:
    Geri qaytarılma əməliyyatı ilə də çeki vergidən ləğv etmək mümkündür. Geri qaytarılma əməliyyatı etdiyiniz zaman, əgər E-kassa cihazı onlinedirsə, bu halda çek vergidən də ləğv olunur.Çeki geri qaytarmaq üçün, terminalda yuxarıda 3 xəttə klikləyib, Kontrol Panel-ə keçirik. Daha sonra Geri Qaytarılma bölməsinə daxil oluruq.

  1. Çekin ID kodunu qeyd edirik.

  2. Geri qaytarmaq istədiyimiz məhsulları seçirik.

  3. Geri qaytarılma əməliyyatını təsdiqləyirik. Geri qaytarılma zamanı E-kassa-dan çek çıxır.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?