Ana içeriğe geç
Terminaldan çekin geri qaytarılması

Geri qaytarılma

Fuad Huseynov avatar
Yazar: Fuad Huseynov
7 aydan uzun süre önce güncellendi

Çekdə geri qaytarma əməliyyatını reallaşdırmaq üçün ilk növbədə Ayarlar > Ümumi bölməsindən geri qaytarılmanı aktiv edirsiniz və sonra geri qaytarılma anbarlarını seçirsiniz (geri qaytarılan məhsullar hansı anbara qayıtsın). İstəyə uyğun Maksimum qaytarılma günü təyin edə bilərsiniz.

Çeki geri qaytarmaq üçün arxa paneldə satışlardan çeklər bölməsinə gəlirik.

Hansı çeki geri qaytarmaq istəyiriksə o çekin ID nömrəsini (məsələn 458) yadda saxlayırıq.

Qeyd:
Yalnız bağlanmış çekləri geri qaytarmaq olur.

Sonra Terminala (Satış Panelinə) daxil olub sağ yuxarıdakı üç xəttə keçid edib geri qaytarılma bölməsinə daxil oluruq.

Açılan pəncərədə geri qaytarmaq istədiyiniz çekin ID nömrəsini yazıb (məsələn 458
Geri qaytarılmaya vururuq

Bir sonrakı açılan pəncərədə çekin tərkibində olan məhsulları görürsünüz. Əgər həmin məhsulları tam və ya qismən geri qaytarmaq istəyirsinizsə geri qaytarılacaq məhsulun sayını artırırsız. Geri qaytardığınız sayda məhsul aşağıda seçdiyiniz anbara geri qayıdacaqdır.

Qeyd:
Əgər məhsul yararsız haldadırsa və anbara qayıtmağını istəmirsizsə məhsulun qarşısındakı tullantı xanasını işarələyirsiniz.

Geri qaytarılma düyməsindən istifadə etməklə məbləği müştəriyə nəğd və ya kartla qaytaracağınızı müəyyən etdikdən sonra həmin ödəniş növünü seçərək Bağla düyməsinə vurub əməliyyatı uğurla tamamlayırsınız.

Aparılmış Geri qaytarılma əməliyyatlarına baxmaq üçün arxa paneldə Satış bölməsindən Geri qaytarılma alt bölməsinə daxil olub baxa bilərsiniz.


Bu cevap sorunuzu yanıtladı mı?