Yeni anbarın yaradılması:
Arxa Panelə Daxil Olun: Əsas paneldə İnventar → Anbar bölməsinə keçid edin.
Anbar Yaratmaq: Açılan səhifədə, yuxarı sağ küncdə yerləşən Yarat düyməsini klikləyin.
Anbar Məlumatlarını Daxil Edin: Yeni anbar yaratmaq üçün tələb olunan məlumatları daxil edin (məsələn, anbar adı, status).
Saxla: Məlumatları əlavə etdikdən sonra Saxla düyməsinə klikləyin.
Anbar Statusu: Əgər anbar statusu "aktiv"dirsə, həmin anbarda bütün əməliyyatlar icra edilə bilər. Anbar statusu "deaktiv" olduqda isə anbar üzrə heç bir dəyişiklik, o cümlədən məhsulun daxil edilməsi, çıxarılması və s. icra edilməyəcək.
Satış Anbar Statusu: Satış anbarının statusu "aktiv"dirsə, satış zamanı anbardan avtomatik silinmə gedəcək. Əgər satış anbarı "deaktiv"dirsə, anbarın ümumi statusu "aktiv" olsa belə, satış zamanı həmin anbarda silinmə əməliyyatı icra edilməyəcək. Lakin digər anbar əməliyyatları (daxil etmə və s.) icra oluna bilər.
Silinmə Ardıcıllığı: Məhsul bir neçə anbarda varsa, silinmə ardıcıllığı üzrə hansı anbardan öncə silinməlidir, konfiqurasiyada göstərilməlidir. Misal üçün, əgər məhsul "bar", "mətbəx" və "əsas anbar"da varsa və silinmə ardıcıllığı konfiqurasiya edilməyibsə, sistem avtomatik olaraq əvvəlcə "bar" anbarından, sonra "mətbəx" anbarından və sonda "əsas anbar"dan siləcək.
Anbar Konfiqurasiyası: Silinmə əməliyyatı hansı anbarda icra ediləcəyini təyin etmək üçündür. Məhsul bir neçə anbarda mövcuddursa, şöbəyə və ya terminala uyğun olaraq silinmə həmin anbardan həyata keçirilir. Məsələn, əgər limon məhsulu hər üç anbarda mövcuddursa və satış "bar" şöbəsində baş veribsə, sistem yalnız "bar" anbarında silinmə əməliyyatı aparacaq.
Əgər anbar konfiqurasiyası ilə bağlı ətraflı məlumat əldə etmək istəyirsinizsə, Anbar sözünə klik edə bilərsiniz.
💡Clopos sistemində bütün anbarların statuslarını eyni anda deaktiv etmək mümkün deyil. Satış anbarlarının hamısının statusunu deaktiv etsəniz belə, ümumi statusu tamamilə deaktiv etmək mümkün deyil. Mütləq şəkildə bir anbarın əsas statusu aktiv qalmalıdır. Bu yanaşma, sistemin ən azı bir anbar üzərindən əməliyyatların davam etdirilməsini təmin etmək üçün nəzərdə tutulub.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: