Silinmə üsulunun yaradılması və tullantı əməliyyatı
Bəzən elə hallar olur ki, müştəri sifariş verdiyi məhsulu artıq istəmir və həmin məhsul bişmiş vəziyyətdə qalır. Belə situasiyalarda məhsulu birbaşa terminaldan tullantıya vermək mümkündür.
Bu əməliyyatı icra etmək üçün ilk növbədə sistemdə silinmə səbəbi yaradılmalıdır. Silinmə səbəbi yaratmaq üçün Arxa panel → Tənzimləmələr → Ümumi bölməsinə daxil olaraq yeni silinmə səbəbi əlavə edilir.
Silinmə səbəbi yaradıldıqdan sonra, terminal üzərindən tullantı əməliyyatı zamanı həmin səbəb seçilərək bişmiş, lakin istifadə olunmayan məhsul tullantıya verilə bilər. Bu, həm sistemdə dəqiqliyi qorumağa, həm də satış hesabatlarında real vəziyyətin əks olunmasına kömək edir.
Səhvən çekə əlavə olunub, anbara qayıtmamalı olan (bişirilmiş, israf olmuş ) məhsulu çekdən silindikdə, həmin məhsulun silinmə səbəbini seçmək tələb olunur. Bu zaman, məhsulu Tullantıya atıb-atmamağımızı seçirik. Əgər məhsulu tullantıya atmaq qərarına gəliriksə, Tullantıya at seçimini aktivləşdiririk.
Bu seçim edildikdən sonra, aşağı hissədə şərh yazmaq imkanı yaranır. Şərh yazıldıqdan sonra, Saxla düyməsini klikləyərək əməliyyatı tamamlayırıq.
Bu addımların yerinə yetirilməsi ilə məhsul çekdən silinir və tullantıya verilir, beləliklə də sistemdə real vəziyyət əks olunur.
💡 Qeyd edək ki, məhsulu çəkdən birbaşa tullantıya atmaq üçün "Çekdən tullantıya göndərmək" icazəsinə sahib olmalısınız.
Tullantıya Verilmiş Məhsullara Baxış
Tullantıya verilmiş məhsulları izləmək üçün İnventar → Tullantı bölməsinə daxil ola bilərsiniz.
Bu bölmədə sistemdə tullantıya atılmış bütün məhsulların siyahısı əks olunur. Əgər məhsul çekdən tullantı edilərək silinibsə, həmin əməliyyatın qarşısında çekin İD kodu göstərilir.
Bu, tullantı əməliyyatlarının mənşəyini izləməyə və hər bir məhsulun hansı çəkdən silindiyini müəyyənləşdirməyə imkan verir.
💡 Qeyd edək ki, satış zamanı məhsul hansı anbardan azalırsa, tullantı edilən zaman da azalma həmin anbardan olacaq.
Tullantıların qarşısında 3 nöqtə mövcuddur. Bu 3 nöqtədən istifadə edərək əməliyyatı Excel faylı kimi export edə bilərsiniz. İxrac edilən fayl kompüterinizə qaimə şəklində yüklənəcəkdir.
⚠️ Nəzərinizdə olsun ki, tullantı əməliyyatını geri qaytarmaq mümkün deyil. Bir dəfə tullantıya atılmış məhsul geri alına bilməz. Əməliyyatı ləğv etmək üçün çeki silməlisiniz.



