Məhsulun çekdən silinmə səbəblərini yaratmaq üçün, Arxa panel→Tənzimləmələr →Ümumi bölməsinə daxil oluruq. Məhsulun çekdən silinmə səbəbləri bölməsinə 3 nöqtəni klikləyirik.
3 nöqtəni kliklədikdən sonra, Sol tərəfdən açılan pəncərədə "+" düyməsinə klikləyirik. Bu zaman ekranın sağ tərəfindən açılan pəncərədə yeni silinmə səbəbinin adını qeyd edib Yarat düyməsinə vururuq.
Yaratdığımız səbəb üzərində dəyişiklik etmək üçün qarşısındakı 3 nöqtəyə daxil olmalısınız. Buradan səbəbin adını dəyişə və ya ümumiyyətlə silə bilərsiniz.
Terminalda çekdəki məhsula sil düyməsini vurduqdan sonra belə bir pəncərə açılacaq. Yaratdığınız səbəblərdən birini seçib təsdiq etdikdə, çekin tarixçəsində silinmə səbəbi etiket olaraq qeyd edilmiş olacaq.
Çekdən silinmə səbəbini Çekin İD kodunun üzərinə klikəyərək tarixçədən baxa bilərsiniz.