Ana içeriğe geç
Bloklanmış məhsullar

Məhsulların satışını necə dayandıra bilərik?

Nurane avatar
Yazar: Nurane
2 haftadan uzun süre önce güncellendi

Məhsulların satışını bloklamaq üçün əlavə bir modul aktiv edilməlidir. Bu funksiyanı aktivləşdirmək üçün aşağıdakı addımları izləyin:

Modulun aktivləşdirilməsi:

  • Arxa panelə daxil olun.

  • Tətbiqlər → Hamısı bölməsinə keçin.

  • "Bloklanmış Məhsullar" modulunu seçərək aktiv edin.
    (Qeyd: Modulun aktivləşdirilməsi ödənişsizdir.)

Modulun istifadəyə verilməsi:

  • Modul aktiv edildikdən sonra, o, Tətbiqlər bölməsinə əlavə olunacaq.

  • Bloklanmış Məhsullar bölməsinə daxil olun və funksiyanı aktivləşdirin.

  • Aktivləşdirmə prosesini tamamlamaq üçün "Saxla" düyməsinə klik edin.

Məhsulun Satışını Dayandırmaq

Bloklanmış məhsullar funksiyasını aktiv etdikdən sonra, satışını dayandırmaq istədiyiniz məhsulun üzərinə klik edin.

Bu zaman aşağıdakı pəncərə açılacaq və məhsulu iki üsulla bloklamaq mümkün olacaq:

  • Birbaşa Stop (Bloklama):

    Məhsul birbaşa bloklanır və terminalda çəklərə əlavə olunması mümkün olmur.

  • Limit Təyin Etmək:

    Məhsul üçün müəyyən limit təyin edilir. Təyin olunan miqdar satıldıqdan sonra məhsul avtomatik olaraq stop-listə əlavə olunur. Bu halda, məhsulun statusu "passiv" rejimə keçir və məhsulun rəngi dəyişir (ağarır).

💡Bundan əlavə olaraq açılan pəncərədə həmin məhsulun neçə ədədi açıq çeklərdə mövcud olduğunu görmək olur.

Əməliyyatı Tamamlamaq

Əməliyyatı tamamladıqdan sonra, Stop-list düyməsinə klik edərək funksiyanı deaktiv edin və tənzimləmələr bölməsindən çıxış edin. Bu addım, məhsulların stop-listə əlavə olunması prosesini yekunlaşdırır.

Stop-listdə hansı məhsulların satışının dayandırıldığını görmək üçün "Stop List" bölməsinə keçid edə bilərsiniz.

Stop listdəki məhsullar bu formada görünür.

Məhsulu Stop-Listdən Çıxarmaq

Stop-listdə olan məhsulları yenidən aktivləşdirmək üçün:

  • Məhsulun üzərinə klik edin.

  • Açılan menyudan "Stopdan Çıxar" seçimini edin.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?