Məlumatların Eksport Edilməsi:
Arxa paneldə bəzi bölmələr mövcuddur ki, onların məlumatlarını eksport edərək kompüterinizə yükləyə bilərsiniz. Bu prosesi yerinə yetirmək üçün müvafiq bölmədə yerləşən "Eksport " düyməsinə klik etməyiniz kifayətdir. Məsələn, əgər statistika bölməsindəki hesabatları eksport etmək istəyirsinizsə, bunun üçün Statistika → Hesabatlar → Məhsullar bölməsinə daxil olub, Eksport düyməsinə klik edirsiniz. Bu əməliyyatdan sonra məlumatlar Excel formatında kompüterinizə yüklənəcəkdir.
Eksport Ediləcək Sütunların Seçilməsi
Eksport zamanı hesabat üçün yüklənəcək sütunları özünüz seçə bilərsiniz. Bunun üçün cədvəl bölməsində istədiyiniz sütunları aktiv və ya deaktiv etməyiniz kifayətdir. Aktiv olan sütunlar Excel faylında da eyni qaydada yüklənəcək. Bu şəkildə yalnız ehtiyacınız olan məlumatları seçərək eksport edə bilərsiniz.
Çeklərin hamsını eyni anda deyil, tək-tək də qaimə şəklində yükləyə bilərsiniz. Bunun üçün, " Eksport " düyməsini klik etmək lazımdır.
Açılan pəncərədə Endir düyməsini klik edərək, exceli kompüterinizə yükləyə bilərsiniz
Məhsulların Eksport Edilməsi:
Əsas menyudan Menyu → Məhsullar bölməsinə daxil olun.
Bu səhifənin yuxarı sağ küncündə yerləşən "Eksport " düyməsinə klikləyin.
Qarşınıza iki seçim çıxacaq: Siyahı və Modifikator.
Siyahı Seçimi:
Bu seçimi etdikdə, mövcud məhsulların sadə siyahısı excel faylı olaraq yüklənəcək.
Əgər menyu bölməsindən “Hamısı” seçilibsə, bütün menyudakı məhsulların siyahısını excel formatında əldə edəcəksiniz.
Modifikator Seçimi:
Modifikator seçimini etdiyiniz zaman, bütün modifikatorlar excel faylı şəklində yüklənəcək.
Tərkibli Məhsulu Eksport Etmək:
Menyu →Məhsullar bölməsinə daxil olun.
Seçdiyiniz məhsulun qarşısında yerləşən üç nöqtə işarəsinə klikləyin.
Açılan menyudan " Eksport" düyməsini seçin.
Tərkibli Məhsulları Eksport Etmək:
Menyu →Məhsullar bölməsinə daxil olun.
Tex.kartalar bölməsinə keçin.
Eksport düyməsinə klik edin.
"Tərkiblərlə çap" seçib, Endir düyməsini klik edin. Bu zaman, excel fayl kimi məlumatlar kompüterinizə yüklənəcəkdir.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: