Wolt Sifarişlərinin Avtomatlaşdırılması və Clopos Sistemində Çeklərin Açılması:
Wolt sifarişlərinin avtomatlaşdırılması və Clopos sistemində sürətli şəkildə çeklərin açılmasını istəyirsinizsə, arxa paneldəki "Tətbiqlər" bölməsinə daxil olun və "Hamısı" bölməsini seçin. Buradan Wolt inteqrasiyası modulunu aktivləşdirin. Aktivləşdirmədən sonra Tətbiqlər bölməsində Wolt düyməsi yaranacaq. Bu düyməyə daxil olaraq statusu aktiv edin. Əgər Wolt üçün xüsusi bir satış üsulu yaratmısınızsa, Wolt çatdırılma və Özü götürmə bölməsində həmin satış üsulunu seçə bilərsiniz. İnteqrasiya nəticəsində açılacaq çek də məhz bu seçilmiş satış üsulunda yaradılacaqdır.
Bundan əlavə, Wolt tərəfindən təqdim edilmiş Restoran Wolt ID və Unikal kod-un daxil edilməsi tələb olunur.
Wolt İnteqrasiyası Üçün Tənzimləmələr:
Əgər Wolt sifarişlərinizi inteqrasiya etmək istəyirsinizsə, ilk növbədə Woltun arxa panelinə daxil olmağınız lazımdır. Woltun arxa panelinə giriş əldə etdikdən sonra menyuların eyniləşdirilməsi prosesini icra etməlisiniz. Bunun üçün, Clopos sistemindəki menyunuzda olan məhsulların ID kodlarını Woltun menyusunda POS ID hissəsinə yazmalısınız. Bu, təkcə məhsullara deyil, həmçinin məhsul modifikatorlarının ID kodlarına da şamil edilməlidir.
Clopos-da Məhsul ID Kodlarına Baxış:
Clopos-da Məhsul ID-lərinə Necə Baxmaq Olar?
Clopos sistemində məhsulların ID kodlarını görmək üçün Menyu → Məhsullar bölməsinə daxil olun. Burada siyahıdakı hər bir məhsulun qarşısında göstərilən ID kodu həmin məhsulun unikal identifikasiya nömrəsidir.
Clopos-da Modifikator ID Kodlarının Tapılması
Clopos sistemində Menyu → Modifikator idarəetməsi bölməsinə daxil olun və modifikator qrupunun adına bir dəfə klikləyin. Sağ tərəfdə açılan pəncərədə həm modifikator qrupuna, həm də qrup daxilindəki məhsullara aid ID kodları göstərilir.
Modifikator qrupunun adı qarşısında görünən ID kodu Modifikator Qrupunun ID-si hesab olunur.
Qrupun daxilindəki hər bir məhsulun qarşısında görünən ID kodları isə Modifikator Məhsullarının ID-ləridir.
Woltda POS ID-lərin yazılması:
Wolt-da POS ID Necə Təyin Edilir?
Wolt-un Listing Manager səhifəsinə daxil olduqda, yuxarıda iki əsas bölmə görünür: Listing və Options.
Listing bölməsi – menyuda yer alan texniki kartların (yəni məhsulların) idarə olunduğu hissədir.
Options bölməsi – modifikatorların (məsələn, əlavə souslar və s.) idarə olunduğu hissədir.
Əgər Wolt üzərindən hər hansı texniki kartaya POS ID təyin etmək istəyirsinizsə, Listing bölməsinə keçid edin və məhsulun qarşısında yerləşən qələm işarəsini klikləyin.
Məhsul üzərindəki qələm işarəsinə klik etdikdən sonra ekranın sağ tərəfində bir pəncərə açılır. Bu pəncərədə Advanced bölməsinə keçin.
Daha sonra Product Identifiers hissəsinə daxil olun və burada POS ID sahəsini tapın. Clopos sistemində həmin məhsula uyğun olan ID kodunu bu sahəyə qeyd edin.
Əlavəni tamamladıqdan sonra Save düyməsinə klik edərək dəyişiklikləri yadda saxlayın.
Wolt-da Modifikatora POS ID Necə Təyin Edilir?
Wolt platformasında modifikatora POS ID təyin etmək üçün əvvəlcə məhsula aid olan modifikatora daxil olun. Buradan modifikatorun parametrlərinə keçərək uyğun sahəyə Clopos sistemindəki modifikatorun ID kodunu qeyd edin.
💡Woltda yaradılan modifikator ilə Cloposda yaradılan modifikator eyni olmalıdır.
Modifikatorun üzərinə klik etdikdən sonra, sağ tərəfdə bir pəncərə açılır. Bu pəncərədə modifikatorun seçimlərini görə bilərsiniz. POS ID-ləri əlavə etmək üçün "Edit" düyməsini klikləyin.
Modifikator və Seçimlər üçün POS ID Əlavə Etmək
Yuxarıda qeyd olunan bölmədə modifikator qrupunun POS ID kodunu qeyd edirik. Modifikator qrupları "MG_" prefiksi ilə başlayır və, məsələn, "MG_6" formatında yazılır.
Modifikatorun içindəki məhsulların (option choices) POS ID kodları isə Option choices bölməsindəki POS ID sahəsinə əlavə edilir. Burada hər bir seçim üçün "M_" prefiksi istifadə olunur, məsələn, "M_16" formatında.
Menyuların Eyniləşdirilməsindən Sonra Token və Webhook URL Təqdimatı
Menyular eyniləşdirildikdən sonra, Clopos sistemi tərəfindən sizə Token və Webhook URL təqdim olunur. Bu kodlar Wolt şirkətinə təqdim edilməlidir. Bu mərhələni tamamladıqdan sonra menyuda dəyişiklik etmək mümkün olmayacaq, buna görə bu prosesi ən sonda həyata keçirmək tövsiyə olunur.
Wolt İntegrasiyasından Sonra Bilməli Olduqlarınız:
Wolt sifarişi Clopos bildiriş panelinə gəldikdə iki seçim ilə qarşılaşırsınız: Təsdiq et və İqnore et.
Təsdiq et: Sifarişi təsdiqlədiyiniz zaman, hazırlanma müddətini seçə bilərsiniz.
İqnore et: Sifarişi iqnor etdiyiniz zaman Wolt-da da həmin sifariş iqnor edilir.
Wolt-da Sifarişin İqnor Edilməsi:
Əgər sifarişi Clopos yox, birbaşa Wolt vasitəsilə iqnor etsəniz, Clopos-da yalnız İqnore et seçimi aktiv olacaq və məcbur olaraq bu seçim edilməlidir.
Wolt-da Sifarişin Təsdiqlənməsi:
Wolt panelində sifarişi təsdiqləsəniz, həmin sifarişin Clopos ilə inteqrasiyası kəsiləcək. Təsdiq et sözü Yeni çek sözü ilə əvəz olunacaq. Yeni çek yarat seçimi ilə, sifarişdəki məhsullarla birgə yeni bir çek açılacaq, lakin bu çekin Wolt ilə inteqrasiyası olmayacaq. Bu seçim yalnız hesabatların düzgün aparılması üçün nəzərdə tutulub.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: