Anbarda silinmə şöbələr üzrə və ya terminal üzrə gedə bilər.
Misal üçün: 3 anbarımız var. Bar, Manqal və Mətbəx həmçinin bu adlara uyğun da şöbələrimiz var. Konfiqurasiya qurub hər şöbəni anbara görə düzəldirik. Bu halda Mətbəx şöbəsinə çek vurulanda sadəcə mətbəx anbarından azalma gedəcək
Eyni qayda ilə silinməni terminallar üzrə də qoymaq olar.
Terminal 1-dən satış edilən zaman "Mətbəx" anbarından, Terminal 2-dən satış edilən zaman "Bar" anbarından, Terminal 3, Terminal 4 və Terminal 5-dən satış edilən zaman isə "Manqal" anbarından azalma gedəcək.
Bu üsul ilə eyni anda həm terminal həm də şöbə üzrə konfiqurasiya yarada bilərsiniz.