Mətbəx ekranı sistemi (KDS)

Mətbəx ekranı sistemi necə istifadə olunur?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Cloposun Mətbəx ekranı sistemi yeməyin qəbulu və imtinası, bişirmə vaxtı, terminala bildiriş kimi imkanlar təmin edir və keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.

Linkə klikləyərək proqramı yükləyə bilərsiniz. Proqramı yüklədikdən sonra brenddə Kitchen Display System modulu aktiv edilməlidir. Bunun üçün Arxa panel→Tənzimləmələr→Modullar bölməsinə daxil olub aktiv edirik.

Aktiv etdikdən sonra Terminal→Kontrol panel→Cihazlar bölməsində istifadə edə biləcəksiniz.

Mətbəx ekranı proqramını yüklədikdən sonra, kit name istifadə dili təyin edilir.

Bunları təyin etdikdən sonra terminalda konfiqurasiya etmək lazımdır. Konfiqurasiya üçün İP ünvanı bilmək lazımdır. Aşağıda əlavə olunmuş şəkillərdə İP ünvanını hardan əldə edəcəyiniz qeyd olunub.

Terminalda konfiqurasiya üçün Kontrol panel→Cihazlar→Mətbəx ekranı sistemi bölməsinə daxil oluruq. "Printeri test et" vuraraq Mətbəx ekranı ilə terminal arasında əlaqənin olub olmamasını yoxlaya bilərsiniz.

Daha sonra bu mətbəx ekranında hansı şöbələrin sifarişləri görünməlidirsə, o şöbələri aktiv edirik.

Printer konfiqurasiyası bitdikdən sonra artıq sifarişləri mətbəx ekranına göndərə bilərsiniz. Məhsulları çekə əlavə edib Göndər düyməsinə kliklədikdə, mətbəx ekranında bildiriş çıxır.

Bildirişin üstündə bir dəfə klikləyirik. Klikləyən zaman sifariş Bütün sifarişlər bölməsində görünür. Burada məhsulları tək-tək və ya hamısını birlikdə qəbul edə bilərsiniz.

Sifarişləyib hazırladıqdan sonra Hazırdır düyməsini klikləyirsiniz.

İstəyə uyğun olaraq hər bir məhsula hazırlanması üçün Bişirilmə vaxtı təyin edə bilərsiniz. Qeyd olunann müddəti keçdikdən sonra, məhsul Gecikir bölməsində əks olunacaq. Bişirmə müddətini bu formada təyin edə bilərsiniz.

Mətbəx ekranının tənzimləmələrində dəyişiklik etmək istədiyiniz halda, aşağıda qeyd olunmuş bölməyə daxil olaraq dəyişiklik edə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?