Ana içeriğe geç

Kateqoriya

Menyuda necə üst və alt kateqoriya yaratmaq olar?

Bir haftadan uzun bir süre önce güncellendi

Kateqoriya Bölməsi:
Kateqoriya bölməsi, məhsulları və inqrediyentləri qruplaşdırmaq üçün istifadə olunan bir funksiyadır. Kateqoriya yaratmaq üçün Arxa panel → Menyu → Kateqoriyalar bölməsinə daxil olub, +Yarat düyməsini klikləyirik.

Kateqoriya Yaradılması:


Burada yaradacağınız kateqoriyanın adını qeyd edirsiniz. Kateqoriya butonuna rəng təyin edə bilər və ya şəkil əlavə edə bilərsiniz. Qeyri-aktiv bölümü aktiv olduğu halda, satış terminalında həmin kateqoriya gizlədiləcək.

Üst Kateqoriya :


Üst kateqoriya bölməsində hər hansı bir kateqoriya seçdiyimiz zaman, yaratdığımız kateqoriya həmin üst kateqoriyanın alt kateqoriyası kimi yaradılacaq. Əgər üst kateqoriya seçməsək, yaratdığımız kateqoriya özü müstəqil kateqoriya olaraq yaradılacaq.

Tərcümə Bölməsi:


Üst menyuda Tərcümə bölməsində, kateqoriya adının QR Menuda necə yazılacağını müəyyənləşdirə bilərik. Müxtəlif dillərdə kateqoriya adını yazmaq mümkündür.

Kateqoriyanı həmçinin inqredientlər üçündə yaratmaq olar. Kateqoriya bölməsinin menyu filterində inqredient kateqoriyasımühasibat kateqoriyası bölməsinə keçid edə bilərik.

💡Yaradılan inqrediyent kateqoriyasını həm inqrediyentə, həm də yarımfabrikat məhsullarına əlavə etmək mümkündür.

Mühasibat kateqoriyaları bir neçə tipdə olan məhsulları eyni kateqoriayada birləşdirən bir funksiyadır. Yarımfabrikat, məhsul, inqredient tipində yaradılmış elementləri bir kateqoriyada üzrə qruplaşdıra bilərsiniz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?