Ana içeriğe geç

QR Menyu tənzimlənməsi

QR menyu modulunun konfiqurasiyası

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Qr menyunu moduluna qoşulmaq aktivləşdirmək

QR Menyu, ayrıca bir moduldur və arxa ofis idarəetmə panelinə çıxışı olan hər bir istifadəçi tərəfindən asanlıqla aktivləşdirilə bilər. Aktivləşdirmək üçün sadəcə aşağıdakı addımları izləmək lazımdır:
Arxa ofis idarəetmə panelinin sol menyusundan Tətbiqlər bölməsini seçin, sonra Hamısı bölməsinə keçin və QR Menyu modulunu taparaq Qoşulmaq düyməsini klikləyin.

Qr menyu sazlamaları

QR Menyu modulunu konfiqurasiya etmək üçün ilk növbədə statusu aktiv etmək lazımdır. Bunun üçün arxa ofis idarəetmə panelinin sol bölməsindən QR Menyu modulunu seçin, Tənzimləmələr bölməsinə keçid edin və statusu aktiv edin.

QR Menyu Parametrləri

QR Menyu aktivləşdirmə - Bu seçim vasitəsilə QR menyunu istədiyiniz zaman aktiv və ya passiv edə bilərsiniz.

Girişin məcburi edilməsi - Sifariş zamanı istifadəçilərin telefon nömrəsi ilə hesablarına daxil olması məcburi edilə bilər. Bu funksiya həm masa sifarişlərinə, həm də WhatsApp üzərindən verilən sifarişlərə təsir edir.

Xidmət haqqının göstərilməsi - Təyin edilmiş xidmət haqqını istəyə uyğun olaraq menyuda göstərə və ya gizlədə bilərsiniz.

Ofisiant çağırış funksiyası - Müştərilər masa üzərində yerləşdirilmiş QR kodu skan edərək ofisiant çağırış sorğusu göndərə bilərlər.

Hesab istəmə funksiyası - Masa üzərindəki QR koddan istifadə edərək, müştərilər hesab tələb edə bilərlər.

Masadan sifariş funksiyası - Bu seçim aktiv olduqda, müştərilər masadan birbaşa sifarişlərini verə bilərlər.

Dillər Bölməsi - QR Menyu modulu üçün istifadə etmək istədiyiniz dilləri bu bölmədə əlavə edə bilərsiniz. Burada, müvafiq dilləri seçərək, müştərilərinizə xidmətinizi müxtəlif dillərdə təqdim edə bilərsiniz.

Alt Yazı - Burada, menyuda görünəcək sloqanınızı qeyd edə bilərsiniz. Məsələn, "Keyfiyyətimiz Fərqimizdir" kimi bir sloqan əlavə edə bilərsiniz.

Haqqımızda - Burada, müəssisəniz haqqında istədiyiniz məlumatı daxil edə bilərsiniz. Bu mətn QR Menyuda görünəcəkdir.

Şəkil və Arxa Plan - Şəkil və arxa plan şəkli əlavə etməklə QR menyunuzun daha cəlbedici və estetik görünməsini təmin edə bilərsiniz.

Rəng Seçimi - Rəng seçimi funksiyası vasitəsilə QR Menyu üzərindəki yazıların rəngini istədiyiniz kimi dəyişə bilərsiniz.

QR Kod - "QR Kod" bölməsindən ümumi QR Menyu linkini əldə edə və onu paylaşa bilərsiniz. Bundan əlavə, "Yüklə" düyməsinə klik edərək həm ümumi, həm də hər bir masaya uyğun fərdi QR kodları yükləyə bilərsiniz. Bu kodları çap edərək masalara yerləşdirməklə, müştərilərin QR Menyuya rahat şəkildə daxil olmasını təmin etmiş olursunuz.

Menyu Fərdiləşməsi


QR Menyuda məhsullara əlavə edilmiş şəkillərin necə görünəcəyini özünüz təyin edə bilərsiniz. Bunun üçün QR Menyu → Tənzimləmələr → Menyu fərdiləşməsi bölməsinə daxil olun və sizə uyğun şablonu seçin.

Bu bölmədən aşağıdakı dizayn elementlərini dəyişmək mümkündür:

  • Məhsul şəkillərinin görünüşü - Məhsul şəkillərinin menyuda necə görünəcəyini özünüz müəyyən edə bilərsiniz. Şəkilin solda, sağda, yuxarıda yerləşməsi, böyük ölçüdə göstərilməsi və ya ümumiyyətlə şəkilsiz tərtibat seçimləri mövcuddur.

  • Kateqoriya Səhifəsinin Dizaynı - Kateqoriyaların menyuda necə təqdim olunacağını özünüz müəyyən edə bilərsiniz. Onları kiçik ikonalar şəklində, siyahı formatında və ya şəkilsiz şəkildə tərtib etmək mümkündür.
    Əgər şəkilsiz tərtibat seçilərsə, kateqoriyalar səhifəsi ümumiyyətlə göstərilmir və istifadəçi birbaşa məhsulların yer aldığı səhifəyə yönləndirilir.

  • Məhsul Səhifəsində Kateqoriyaların Görünüşü - Məhsul səhifəsində kateqoriyaların necə göstəriləcəyini özünüz təyin edə bilərsiniz. Kateqoriyalar scroll (sürüşdürmə) formatında yuxarıda dövr edə, kiçik şəkillərlə üstdə tam şəkildə əks oluna və ya tamamilə gizlədilə bilər.

Əsas Səhifədə Məlumatların Göstərilməsi


QR menyunun əsas səhifəsində müştəriyə göstəriləcək məlumatları qeyd etmək üçün, arxa panel idarəetməsində Tənzimləmələr → Ümumi səhifəsinə keçid edərək, işarələnmiş sahələrə uyğun məlumatları əlavə edə bilərsiniz.

İş Saatları - İş saatlarını təyin edərkən iki seçim mövcuddur: günlər üzrə saat aralığını ayrıca seçə bilərsiniz və ya istədiyiniz gün üçün 24 saatlıq iş rejimi təyin edə bilərsiniz. Qeyd etdiyiniz iş saatlarına əsasən, restoranın hazırda açıq və ya bağlı olması QR menyuda avtomatik olaraq əks olunacaq.

QR Menyunun idarə olunması və aşağıdakı mövzularla bağlı əlavə məlumat əldə etmək üçün bu məqalələri oxumağınızı məsləhət görürük:

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?