Ana içeriğe geç

QR Menyu Məhsullar

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Əgər məhsul QR menyuda görünmürsə bu halda arxa paneldə QR Menyu → Məhsullar bölməsinə daxil olun və məhsulun menyuda aktivləşdirildiyinə əmin olun.

QR Menyu → Məhsullar bölməsində QR Menyuda göstərilməsi tələb olunan məhsulları həm tək-tək, həm də toplu şəkildə seçmək mümkündür. Toplu seçim zamanı “Toplu əməliyyatlar” bölməsinə klikləyərək “Dəyişmək” seçimini edirsiniz.

Daha sonra, QR menyuda göstərilməsini istədiyiniz məhsulları seçərək “Dəyiş” bölməsinə daxil olun.

Açılmış pəncərədə Göstər bölümünü aktiv edib saxla düyməsinə klik edirik. Həmçinin burada məhsulun hansı kateqoriyada olmasını da seçə bilərsiniz.

Bu zaman seçdiyiniz məhsulların “Göstər” sütununda aktiv olduğunu görəcəksiniz. Həmin bölmədən məhsulların QR Menyuda görünməsini aktivləşdirə və ya deaktiv edə bilərsiniz.

Dəyişiklik etmək istədiyiniz məhsulun qarşısındakı üç nöqtəyə klikləyərək “Dəyişmək” seçimini edin.

Açılan pəncərədə məhsulun kateqoriyasını, adını və digər məlumatları redaktə etdikdən sonra “Saxla” düyməsinə klik edərək dəyişiklikləri təsdiqləyin. Bu mövzu ilə bağlı ətraflı məlumatı “Fərqli dillərdə QR Menyu” adlı məqalədən əldə edə bilərsiniz.

Menyu quruluşu

QR Menyu → Menyu Quruluşu hissəsindən menyu ardıcıllığını dəyişə bilərsiniz. Dəyişiklikləri yadda saxlamaq üçün sağ yuxarı küncdə yerləşən “Saxla” düyməsinə klikləyin. Əgər etdiyiniz dəyişikliklərdən imtina etmək istəyirsinizsə, “Sıfırla” düyməsinə klikləyə bilərsiniz.

QR Menyunun idarə olunması və aşağıdakı mövzularla bağlı əlavə məlumat əldə etmək üçün bu məqalələri oxumağınızı məsləhət görürük:

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?