Ana içeriğe geç
Fərqli dillərdə QR Menyu
Nurane avatar
Yazar: Nurane
2 aydan uzun süre önce güncellendi

QR Menyuda Məhsul Adlarının Müxtəlif Dillərdə Göstərilməsi:

QR menyuda təqdim olunan məhsulların adlarını müxtəlif dillərdə göstərmək mümkündür. Bunun üçün QR Menyu → Tənzimləmələr → Dillər bölməsinə daxil olub, istəyə uyğun olaraq mövcud dilləri seçə bilərsiniz. Dilləri seçdikdən sonra Saxla düyməsinə klik edin.

QR Menyu üçün Məhsulun Dilinin Dəyişdirilməsi:

Hər hansı məhsulun dilini QR menyuda dəyişmək istəyirsinizsə, məhsulun sağında yerləşən üç nöqtəli menyunu seçib "Dəyişmək" düyməsinə klik edin.

QR Menyu Bölməsində Məhsulun Dil Məlumatlarının Daxil Edilməsi:

QR Menyu bölməsinə keçid etdikdən sonra, daha əvvəl seçilmiş dillər üzrə xanalarda lazımi məlumatları qeyd edirsiniz:

  • Ad bölməsində: Məhsulun həmin dildə olan adını yazın.

  • Açıqlama bölməsində: Məhsul haqqında hər hansı məlumatı müvafiq dillərdə qeyd edin (bu bölmə istəyə bağlı olaraq boş saxlanıla bilər).

QR Menyu Üçün Modifikatorun Dilinin Dəyişdirilməsi:

Menyu → Modifikator İdarəetməsi hissəsinə daxil olun, istənilən modifikatorun sağında yerləşən üç nöqtəyə klik edib "Dəyişmək" bölümünə keçid edin.

Modifikatorun Digər Dillərdə Göstərilməsi (QR Menyu):

Daha sonra yuxarıda QR Menyu bölməsini seçirsiniz. Aşağıdakı hissələrdə modifikatorun digər dillərdə olan yazılışını təyin edirsiniz.

QR Menyu Üçün Kateqoriyanın Dilinin Dəyişdirilməsi:

Menyu → Kateqoriyalar hissəsinə daxil olun, düzəliş etmək istədiyiniz kateqoriyanın qarşısındakı üç nöqtəyə klik edib "Dəyişmək" bölümünə keçid edin.

 Kateqoriyanın Digər Dillərdə Göstərilməsi (QR Menyu):

Daha sonra yuxarıda Tərcümə bölməsini seçirsiniz. Aşağıdakı hissələrdə kateqoriyanın digər dillərdə olan yazılışını təyin edirsiniz.

QR Menyunun Seçilmiş Dillər Üzrə Göstərilməsi:

Yuxarıda qeyd olunan bütün əməliyyatları tamamladıqdan sonra, QR menyuda seçilmiş dillər üzrə menyuya baxa bilərsiniz. Hər hansı bir dili seçdiyiniz zaman menyu həmin dildə açılacaqdır.

Bu cevap sorunuzu yanıtladı mı?