Menyunuzdakı məhsulların QR menyuda mövcudluğunu və görünürlüyünü asanlıqla tənzimləyə bilərsiniz. Bunun üçün Menyu → Məhsullar bölməsinə daxil olub, dəyişiklik etmək istədiyiniz məhsulun qarşısındakı üç nöqtəyə klikləyib, "Dəyişmək" seçimini edirik. Daha sonra QR menyu bölməsinə keçərək aşağıdakı bölmələrdə dəyişikliklər edə bilərik.
Məhsul Mövcudluğu – Bu, məhsulun QR menyuda seçilən saat aralığında əlçatan olmasını təmin edir. Məsələn, səhər yeməyinin yalnız səhər saatlarında görünməsini istəyirik, amma saat 12:00-dan sonra bu məhsulun seçilməsini istəmirik. Bu halda, Məhsul Mövcudluğu funksiyasından istifadə edirik. "Yalnız seçilmiş saatlar ərzində əlçatan" funksiyasını seçdikdə, həftənin günlərini və saatlarını qeyd etməyimiz mümkündür. Həftənin gününü seçib, saat aralığını qeyd etmədən də tənzimləmə edə bilərik. Bu halda, yalnız seçdiyimiz tarixlərdə məhsul QR menyuda əlçatan olacaq. Seçdiyimiz saat aralığından sonra isə məhsulun rəngi solğunlaşacaq və onu seçmək mümkün olmayacaq.
Məhsul Görünürlüyü – Bu funksiya, məhsulun QR menyuda müəyyən saat aralığında görünməsini təmin edir. Məsələn, biznes lançının yalnız müəyyən saatlarda QR menyuda görünməsini təyin edə bilərik. "Yalnız seçilmiş saatlar ərzində görünən" funksiyasını seçsək, həm də həftənin günlərini və saatlarını qeyd etməyimiz mümkündür. Həftənin gününü seçib, saat aralığını qeyd etmədən də tənzimləmə edə bilərik. Bu halda yalnız seçdiyimiz tarixlərdə məhsul QR menyuda görünəcək.
Orijinal qiymət - "Orijinal qiymət" bölməsində endirimə salınmış məhsulların əvvəlki qiymətini görmək mümkündür. Bu sahədə məhsulun endirimdən öncəki qiyməti qeyd olunur. Məsələn, əgər "Cola" məhsulu əvvəl 5 AZN-ə satılırdısa və hal-hazırda 3 AZN-dir, bu zaman "orijinal qiymət" bölməsində 5 AZN qeyd edilir.
QR Menyunun idarə olunması və aşağıdakı mövzularla bağlı əlavə məlumat əldə etmək üçün bu məqalələri oxumağınızı məsləhət görürük:
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: