İstehsalat - yarımfabrikatların ehtiyata salınması üçün istifadə olunur. Müəyyən edilmiş tərkibə uyğun olaraq hesablanıb, istehsal etmək istədiyiniz miqdarda ehtiyata məhsulu əlavə edilir. Yarımfabrikatı istehsal etmək üçün, İnventar →İstehsalat bölməsinə daxil oluruq. Daha sonra Yarat düyməsini klikləyirik.
Anbar - hissəsində yaradılan istehsalatın hansı anbara düşəcəyini qeyd edirik.
Əməliyyat vaxtı - İstəyə uyğun olaraq əməliyyat vaxtı dəyişdirilə bilər. Yarımfabrikat əməliyyatının vaxtını əvvəlki tarixə qeyd edə bilərsiniz.
Qeyd: İnventarlaşdırma aparılmış məhsullarda, inventarlaşdırma tarixindən əvvəlki tarix üçün istehsalat əməliyyatı edilə bilməz!
Yarımfabrikatı boş xanaya əlavə edirik. Nə qədər istehsal etmək istədiyimizi qeyd edirik. Yazdığımız miqdara uyğun olaraq, anbardan yarımfabrikatın tərkibində olan inqredientlər azalacaq və anbara qeyd edilən miqdarda yarımfabrikat əlavə olunacaq.
Daha sonra satış getdikcə, yarımfabrikatın tərkibindəki inqredientlər deyil, istehsal olunmuş yarımfabrikatın özündən azalma gedəcək. Həmin yarımfabrikat satılıb bitdikdən sonra satış gedərsə, bu halda yarımfabrikatın tərkibində istifadə olunmuş inqredientlərdən azalma gedəcək.
Yarımfabrikat yaratmaqla bağlı geniş məlumatı Yarımfabrikat sözünə klikləyərək əldə edə bilərsiniz.