Ana içeriğe geç
Yarımfabrikat
Nurane avatar
Yazar: Nurane
3 aydan uzun süre önce güncellendi

Yarımfabrikat yaratmaq üçün, Menyu Yarımfabrikat bölməsinə daxil olub, Yarat düyməsini klikləyirik.

Açılan səhifədə yarımfabrikatı yaratmaq üçün, məlumatları qeyd etmək lazımdır.

  • Ad - Yarımfabrikatın adını qeyd edirsiniz.

  • Mühasibatlıq kateqoriyası - mühasibatlıq kateqoriyası yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz.

  • Kateqoriya - kateqoriya yaratmısınızsa, həmin kateqoriyanı qeyd edə bilərsiniz. (Misal üçün "Toplu hazırlamalar" kateqoriyası.)

  • Ümumi çıxış - Yaradılan yarımfabrikatdan son nəticədə nə qədər miqdarda və ya porsiyada əldə edilirsə, onu qeyd edirik (əd, kg, lt).

    Yarımfabrikatın hansı texkartalarda istifadə ediləcəyini bilirsinizsə, onu ölçü vahidinə uyğun olaraq seçirsiniz: məsələn, neçə porsiya çıxacağını bilirsinizsə "ədəd", neçə kiloqram olduğunu bilirsinizsə "kiloqram" və ya digər müvafiq vahidləri istifadə edirsiniz. Məsələn, 1 kq qeyd edirsinizsə, bu halda 1 kq pizza xəmirinin hazırlanması üçün tələb olunan inqrediyentləri və onların hər birinin miqdarını dəqiq şəkildə qeyd etmək vacibdir.

  • Açıqlama - bu hissəyə istəyə uyğun olaraq məhsulun hazırlanma texnologiyasını özünüz üçün qeyd edə bilərsiniz.

  • Silinmə üsulu - 2 növ silinmə üsulu var.

    1.Tərkibdən sil

    2.Hazır məhsuldan sil

    Tərkibdən sil - seçildikdə, satış getdikcə, qeyd olunan tərkiblər anbardan azalmağa başlayacaq.

    Hazır məhsuldan sil - seçildikdə, satış getdikcə qeyd olunan tərkibdən deyil, yarımfabrikat yaradılan zaman özü anbardan azalmağa doğru gedəcək.

    İnqredientləri tərkibə tək-tək və ya toplu şəkildə daxil etmək olar.

  • Əlavə et düyməsini klikləyərək yeni xanalar əlavə edib tək-tək yaza bilərsiz.

  • Toplu seçim vasitəsi ilə isə inqrediyentləri toplu seçə bilərik.

    qeyd: toplu seçim zamanı sistemdə olmayan yeni inqredienti yaradıb tərkibə qoya bilərsiniz

  • Cəm hissəsində bu yarımfabrikatın maya dəyərini görə bilərik.

    Məlumatları qeyd etdikdən sonra Saxla düyməsini klikləyirik.

Yarımfabrikatlarınızı axtarmaq üçün, buradakı filterlərdən istifadə edə bilərsiniz.

Yarımfabrikatın üzərinə klikləyəndə 1 vahid üçün (ədəd, kq, qr, l, m) nəzərdə tutulmuş miqdarı görəcəksiniz. Misal üçün, siz yarımfabrikatı yaradarkən, 5 kq pizza xəmirinə görə tərkib yazsanız belə, bu hissədə 1 kq pizza xəmirinə uyğun sistem tərəfindən hesablanmış tərkibi görəcəksiniz.

İstifadədə düyməsinə kliklədiyiniz zaman, hansı tex.kartaların tərkibində bu yarımfabrikatdan nə qədər istifadə olunur görə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?