Ana içeriğe geç

Ehtiyat

Ehtiyat bölməsi haqqında məlumat

2 haftadan uzun süre önce güncellendi

Ehtiyat Bölməsi: Məhsulların İzlənməsi və İdarə Edilməsi

Ehtiyat bölməsi, hal-hazırda anbarınızdakı məhsulların vəziyyətini izləmək və idarə etmək üçün vacib bir alətdir. Bu bölmədə məhsulun ID kodu, adı, anbardakı miqdarı, cəm dəyəri (anbardakı məhsulun ümumi maya dəyəri), ortalama dəyəri (cəm dəyər / miqdar), tipi, kateqoriyası, hansı anbarlarda mövcud olduğu və həmin anbarların aktivlik vəziyyəti haqqında məlumatlar əldə edə bilərsiniz.

Məhsulların sıralanması üçün Miqdar, Cəm Dəyər, TipKateqoriya sözlərinin yanında olan ox işarələri ilə azdan-çoxa, a-dan-z-yə və ya əksinə sıralama edə bilərsiniz.

Məhsula Ətraflı Baxış:


Məsələn, Cola məhsuluna baxmaq istəyirsinizsə, Cola sözünün üzərinə bir dəfə vurun. Bu zaman yeni bir pəncərə açılacaq və burada həmin məhsul haqqında ətraflı məlumat əldə edə biləcəksiniz.

Bu zaman kənardan belə bir pəncərə açılır və siz buradan həmin məhsul haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Ümumi bölməsində hansı anbarda bu məhsullardan neçə ədəd olduğunu görürük.

Tarixçə adlı hissədə məhsulların günlər üzrə anbarda başlanğıc miqdarını göstərir.

Məsələn: Cola (0.33) məhsuluna nəzər yetirək. Tarixçə bölümündə Sentyabr ayının 5 - 12 tarix aralığında məhsul anbarda hansı miqdar ilə başlayıbsa onu göstərir. Bu məhsul üzrə satış, tədarük olmadığı üçün anbarda qalıq sayı dəyişməz olaraq "-2" ədəd görsədir.

Ətraflı hissəsində məhsulun satışı, tədarükü, köçürülməsi, inventarlaşdırılmasından yaranan partiyalarını görə bilərsiniz. Həmçinin işarələnmiş id kodun üzərinə klikləyərək, həmin tədarükə, köçürülməyə ətraflı baxa bilərsiniz.

İşarələnmiş hissədən məhsulun adı, məhsul növü, kateqoriya, Mühasibatlıq kateqoriyası, miqdar filtri və anbar üzrə məhsulları və s. filtrləyib tapa bilərsiniz.

Miqdar filtrində 4 seçim ilə qarşılaşırıq:

  • Aşağı ehtiyat- Məhsula ( İnqrediyent, Hazır məhsul,Yarımfabrikat, Texniki karta ) Dəyişmək düyməsini klik etdiyimiz zaman, məhsul məlumatlarını dəyişə biləcəyimiz bir bölmə açılır. Burada aşağı ehtiyat miqdarı da qeyd edilir. Bu miqdar, məhsulumuzun aşağı ehtiyatı olaraq qəbul edilir. Əgər anbardakı məhsulun miqdarı yazdığımız miqdar qədər və ya ondan aşağıdırsa, həmin məhsulun qarşısında qırmızı üzüaşağı ox işarəsi görünəcək.

    Miqdar filtrində aşağı ehtiyat seçimini etdiyiniz zaman, 0 və 0-dan aşağı olan məhsullar və əgər aşağı ehtiyat miqdarı yazmısınızsa, yazdığınız miqdar və ondan aşağı olan məhsulların siyahısını görəcəksiniz. Bu, sizə ehtiyatda olan azalan məhsulları asanlıqla izləməyə imkan verir.

  • Mənfi Ehtiyat – Anbarda mənfi ehtiyat olan məhsulların izlənməsi üçün nəzərdə tutulmuş filtrdir.

  • Sıfır Ehtiyat0 ehtiyatı olan məhsulları tapmaq və onların vəziyyətini izləmək üçün istifadə olunur.

  • Müsbət Ehtiyat0-dan yuxarı olan ehtiyatlara sahib məhsulların izlənməsini təmin edən filtrdir.

Bu hissədə isə, Hal hazırda abarınızda olan məhulların Cəm dəyərini (ümumi maya dəyərini) görürsünuz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?