Ana içeriğe geç
Statistika-Məhsullar
Nurane avatar
Yazar: Nurane
7 aydan uzun süre önce güncellendi

Statistika Hesabatlar hissəsindən, satılmış məhsulları ətraflı görmək mümkündür. Üst menyudan "Məhsullar", "Masalar", "Satış tipi", "Kateqoriyalar", "Əməkdaşlar", "Şöbələr", "Müştərilər", "Ödənişlər" üzrə seçim edərək statistik məlumatları əldə edə bilərsiniz. Aşağıdakı bölmədə misal olaraq Məhsullar üzrə statistikaya baxa bilərsiniz. Məhsulların nə qədər satıldığını, həmin məhsulun qiyməti, ona tətbiq olunan endirimi, məhsul üzrə mənfəəti və s. görə bilərsiniz.

      Bundan əlavə olaraq siz məhsulların satışını daha detallı şəkildə görə bilərsiniz. Məhsulların adlarının üzərinə kliklədiyiniz zaman, əgər modifikator yaradılıbsa, hansı modifikatorların seçilərək satıldığını, satış zamanı anbardan azalan məhsulların miqdarını, maya dəyərini və hansı çeklərdə satışın reallaşdığını görə bilərsiniz. Bunun üçün, məhsulun üzərinə kliklədikdən sonra, sağ tərəfdə açılan pəncərədən Modifikatorlar, Çıxarılan ehtiyat və Çek bölmələrinə daxil olaraq əks olunan məlumatları görə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?