Statistika → Lövhə hissəsindən satışlarınıza, mənfəətinizə, qonaqların sayına, maliyyə, məhsulların statistikasına nəzatət edə bilərsiniz. Yaşıl rənglə göstərilən hissə bu günün, mavi ilə göstərilən hissə isə, dünənin satışıdır. Burada göstərilən statistika bu günə aid olan statistikadır. Daha ətraflı məlumatlara baxmaq üçün, statistikanın digər bölmələrinə daxil olmaq lazımdır.
Statistika→ Filialların hesabatı hissəsindən istədiyiniz tarix aralığını qeyd edərək həmin tarix aralığındakı və ya günlük, aylıq, həftəlik filial üzrə satışlarınıza baxa bilərsiniz
Statistika→Satışlar hissəsindən istədiyiniz tarix aralığını qeyd edərək həmin tarix aralığındakı və ya günlük, aylıq, həftəlik satışlarınıza baxa bilərsiniz. Həmçinin gün ərzində hansı saatda və ya həftə içi hansı günlərdə ən çox satış etdiyinizi və ən çox satılan məhsullarınıza baxa bilərsiniz.
Statistika → Hesabatlar hissəsindən, satılmış məhsulları ətraflı görmək mümkündür. Üst menyudan "Məhsullar", "Masalar", "Satış tipi", "Kateqoriyalar", "Əməkdaşlar", "Şöbələr", "Müştərilər", "Ödənişlər" üzrə seçim edərək statistik məlumatları əldə edə bilərsiniz. Aşağıdakı bölmədə misal olaraq Məhsullar üzrə statistikaya baxa bilərsiniz. Məhsulların nə qədər satıldığını, həmin məhsulun qiyməti, ona tətbiq olunan endirimi, məhsul üzrə mənfəəti və s. görə bilərsiniz.
Bundan əlavə olaraq siz məhsulların satışını daha detallı şəkildə görə bilərsiniz. Məhsulların adlarının üzərinə kliklədiyiniz zaman, əgər modifikator yaradılıbsa, hansı modifikatorların seçilərək satıldığını, satış zamanı anbardan azalan məhsulların miqdarını, maya dəyərini və hansı çeklərdə satışın reallaşdığını görə bilərsiniz. Bunun üçün, məhsulun üzərinə kliklədikdən sonra, sağ tərəfdə açılan pəncərədən Modifikatorlar, Çıxarılan ehtiyat və Çek bölmələrinə daxil olaraq əks olunan məlumatları görə bilərsiniz.
Statistika → Hesabatlar →Geri qaytarılma bölməsində satıldıqdan sonra geri qaytarılmış məhsulların statistikasını görmək mümkündür.
Statistika → Hesabatlar → Masalar hissəsindən masalar üzrə statistik məlumatlara baxmaq mümkündür.
Burada Siz masalar üzrə qonaq sayına, ümumi qəbz sayına, masa üzrə ümumi və ortalama satışa, masada çekin açıq qalma müddətinə baxa bilərsiniz.
Statistika → Hesabatlar → Satış üsulları hissəsindən satış tipinə görə və toplam olaraq satışınızı görürsünüz.
Statistika → Hesabatlar → Kateqoriyalar hissəsindən hansı kateqoriya üzrə daha çox satış olduğunu və satış məbləğini görə bilərsiniz.
Statistika→ Hesabatlar → Əməkdaşlar hissəsindən əməkdaşların etdiyi satışlara baxa bilərsiniz. Burada əməkdaşların xidmət haqqı faizi, satışları, satıcı və kuryerlərin satışlarının statistikası qeyd olunub.
Statistika → Hesabatlar → Şöbələr hissəsindən şöbələrə uyğun statistikanı izləyirsiniz. Şöbəyə uyğun satılan məhsulların satışına, maya dəyərinə və məhsul sayına bu bölümdə baxa bilərsiniz.
Statistika → Hesabatlar → Müştərilər hissəsindən, öncədən sistemdə yaratmış olduğunuz müştərilərinizin satışını izləyə bilərsiniz.
Statistika → Hesabatlar → Ödənişlər hissəsindən ödəmə üsuluna görə statistik məlumatlara baxmaq mümkündür. İlk açılan səhifədə ödəniş üsullarının cəmi kimi total amount görünür. Bütün ödəniş üsullarına ayrı-ayrı baxmaq üçün, şəkildə bənövşəyi rənglə işarələnmiş bölməni açıb, istənilən ödəniş üsulunu aktiv edə bilərsiniz.
Ödəniş üsullarını aktiv edəndən sonra, qəhvəyi rəng ilə işarələnmiş bölmədə filter edərək, "Terminal" / "Satış tipi" / "Əməkdaşlar"/ "Mənbə" üzrə statistikaya baxa bilərsiniz. Mənbə çekin posdan və ya Webdən açıldığını filterləyən bir bölmədir. Əməkdaş filterində seçdiyiniz əməkdaş, çekin sahibi deyil; burada yalnız çeki bağlayanın hesabatı görünür.
Statistika →Tarixçə hissəsindən terminalda hər bir əməkdaşın etdiyi əməliyyatlara baxa bilərsiniz. Həmçinin tarix və filterdən istifadə edərək daha ayrıntılı məlumat ala bilərsiniz. Şübhəli hərəkətlərə və edilmiş bütün əməliyyatlara ayrıntılı baxmaq üçün, Hərəkətlər bölümündən filter edib, lazım olan bölümü seçərək baxa bilərsiniz.Əməkdaşlar və terminallar üzrə də filter edib baxmaq mümkündür.
Məhsul silmə etiketi Tənzimləmələr→ Ümumi bölməsində "Məhsulu çekdən silmə səbəbləri" qrupundan yaradılır.
Bunun üçün, həmin qrupun üç nöqtə butonuna klik edirik.
Açılan pəncərədə + tuşuna basaraq səbəbin adını qeyd edib, yarat düyməsinə klik edirik.
Statistika→Vergilər hissəsindən satış zamanı əldə edilən vergiləri görürsünüz.
Bu bölmədə Verginin tipini, faizini, vergi məbləğini (satış zamanı əldə edilən vergilərin cəmi), qaytarılmış vergilərin məbləği, istifadə sayını (neçə dəfə çekə vurulduğunu) izləmək mümkündür.
Statistika → QR Menyu hissəsindən istədiyiniz tarix aralığında QR menyuya daxil olma sayını izləmək mümkündür.
Sağ yuxarı çubuqda statistikaları Printer ilə çap edə və ya Export edərək excel faylı kimi cihaza yükləyə bilərsiniz.