Ana içeriğe geç
Tədarük yaratmaq

Anbarda yeni tədarük yaratmaq

Nurane avatar
Yazar: Nurane
6 aydan uzun süre önce güncellendi

Yeni tədarük yaratmaq üçün arxa paneldən İnventarTədarüklər bölməsinə daxil oluruq. Sağ yuxarı hissədə yerləşən Yarat düyməsinə klik edirik.

Açılan səhifədə bizdən tələb olunan məlumatları daxil edərək yeni tədarükümüzü yarada bilərik.

  1. Tədarükçünü seçirik ( Tədarük etdiyimiz məhsulların kimdən aldığımızı göstəririk )

  2. Status ( Tədarükümüzün statusunu təyin edirik )

  3. Anbar seçimi ( Tədarükümüzü hansı anbara əlavə edəcəyimizi seçirik )

  4. Kateqoriya ( Avtomatik olaraq Tədarük seçilir )

  5. Əməliyyat vaxtını qeyd edirik

  6. Balans seçirik ( Balans tədarükün edilməsi zamanı ödənişi hardan etdiyimizi göstəririk. Nisyə alışlarda Ödənilməmişdir seçilməlidir )

  7. Qaimə nömrəsi - Əgər alış qaiməsinin nömrəsi varsa bu hissəyə yaza bilərsiz

  8. Açıqlama ( Hər hansı əlavə şərhlər varsa əlavə edirik )

  9. Tədarük edəcəyimiz məhsulları qeyd edib aldığımız miqdarı və dəyərini qeyd edirik.

  10. Toplu seçim funksiyasından istifadə edərək əlavə edəcəklərimiz məhsulları toplu halda da seçə bilərik.

Əgər, firma sizə məhsulları endirim ilə satırsa, endirim xanasından istifadə edərək, məhsullara tətbiq olunan endirim faizini qeyd edə bilərsiniz.

Əgər firma Sizə təqdim etdiyi qaimədə məhsulların vergi dərəcələrini ayrıca göstəribsə, o zaman siz də qaimədə göstərilən qaydada məhsulun qiymətini ayrı, yanında isə vergi dərəcəsini ayrı yazın. Nəzərə almaq lazımdır ki, müxtəlif məhsullarda vergi dərəcələri fərqli olur və ya bəzi məhsullar vergidən tamamilə azad edilmiş olur. Buna görə də alış zamanı Sizə təqdim edilən qaiməni olduğu kimi sistemə köçürün.

Sonda sağ yuxarıda yerləşən Saxla düyməsini sıxıb məlumatları yaddaşa veririk.

Qeyd: İnventarlaşdırma aparılmış məhsullarda, inventarlaşdırma tarixindən əvvəlki tarix üçün tədarük əməliyyatı edilə bilməz!


Bu cevap sorunuzu yanıtladı mı?